Demokratik TV
ADAU-DA MÜƏMMA! Rektor tarlada niyə elmi şura çağırdı?

"Demokratik.Az"-a bu barədə danışan mənbənin sözlərinə görə, rektorun bu qərarı ölkədə bu virusa qarşı Nazirlər Kabinetinin verdiyi qərara və zəruri profilaktik tədbirlərə fərdi etinasızlıq kimi də başa düşülməlidir. Çünki, bu gün anidən tarlada təşkil edilmiş elmi şuraya gedənlərin əksəriyyəti koronavirusa yoluxa biləcəkləri xofu ilə rektorun özbaşına və zorakı bir qərarı qarşısında aciz qalıblar. Təbii ki, seçim İbrahim Cəfərovun diqtəsinin xeyrinə olacaq. Niyəsi o ki, bütün kollektiv koronavirusdan daha çox öz rektorlarından qorxur.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, bugün qaçhaqaçla elmi şuranın keçirilməsi rektorun fövqəlçağırışına və şəxsi istəyinə dayanır. Çünki ayın sonuna cəmi iki həftə qalsa da, məhz bugün "elmi şura" bəhanəsilə kollektivin bir araya toplanmasının hansısa ağlabatan məntiqli izaha dayanması mümkünsüz görünür.
Görəsən rektoru bu yığıncağa təhrik edən səbəblər nədir ?!
Xatırladaq ki, Azərbaycandakı bütün təhsil müəssisələrində tədris və tədbirlər martın 3-dən 9-na, daha sonra isə 27-nə qədər Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb.Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, bu qərar koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə verilib.
Qərarın ADAU-da heçə sayılması yalnız təəssüf doğurur.
Tədbirin keçirilməsinə bir saat qalır, qarşı tərəfin və aidiyyatı nazirliklərin məsələyə münasibətini öyrənməyə çalışacağıq...
Demokratik.Az
