Demokratik TV
Xəbər lenti
Sabiq vitse-spiker komitə sədri oldu
- 12 mart 2020, 20:21
Prezident İlham Əliyev Bаhar Muradovanı yüksək vəzifəyə təyin edib. Prezidentin imzaladığı sərəncamla Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Qeyd edək ki, Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir.
1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumuna daxil olub, 1981-ci ildə oranı bitirərək Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb.
Sonralar -1990-cı ildə Azərbaycan Dövlət Universiteti nin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.
1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.
1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavinidir.
2000 və 2005, 2010 və 2015-ci illərdə Milli Məclisinin deputatı seçilib.2005-ci il dekabrın 2-dən - 2020-ci ilə qədər Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri işləyib.
Son seçkilərdə YAP tərəfindən namizədliyi irəli sürülməyən Bahar Muradovanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunacağgözlənilən idi.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin yeni sədri kim olacaq?
ELMİRA AXUNDOVA SƏFİR TƏYİN EDİLDİ - Sərəncam
Ramiz Rzayev Ali məhkəmənin sədri təyin olunub - SƏRƏNCAM
Naxçıvan Ali Məclisinə sədr seçildi -TƏRCÜMEYİ - HAL - FOTO
Prezidentlərimiz hansı universitetlərdən məzun olub?
Zeynəb Xanlarovanın oğluna yeni vəzifə verildi
Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür
Əli Əsədov kimdir? - Baş nazirliyə namizədin ömür yolu
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti