Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Prezidentdən göstəriş: Elə etməliyik ki...

Konfransın ikinci hissəsində dörd panel təşkil olunacaq və bütün sahələri əhatə edən məsələlər, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, infrastruktur, bank-kredit məsələləri və digər məsələlər müzakirə ediləcək. Həm yerli icra orqanları, həm sahibkarlar mərkəzi icra orqanlarının nümayəndələri ilə birlikdə bu məsələləri müzakirə edəcəklər, mövcud problemlər haqqında danışacaqlar və əlbəttə ki, bu il görüləcək işlər haqqında da söhbət gedəcək.

Prezidentdən göstəriş: Elə etməliyik ki...Demokratik.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün keçirilən "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.

"Elə etməliyik ki, proqramda nəzərdə tutulan bütün məsələlər öz həllini tapsın. 2020-ci ildə bəzi məsələlər bu yaxınlarda ortalığa çıxıb, onların da həlli üçün imkanlar olmalıdır. Dövlət İnvestisiya Proqramı təsdiq edilmişdir, kifayət qədər böyük proqramdır. Eyni zamanda, müəyyən dərəcədə ehtiyatlar da vardır. Çünki il ərzində bəzi məsələlər ortalığa çıxır ki, onların da həlli vacibdir.

İndi isə görüləcək əsas işlər, layihələr haqqında demək istərdim ki, bu il də proqramın icrası və ümumiyyətlə, ölkəmizin inkişafı təmin edilsin. İlk növbədə, infrastruktur layihələrindən başlamaq istərdim. Baxmayaraq ki, bu sahədə böyük uğurlar əldə edildi, məsələlərin böyük hissəsi öz həllini tapdı. Ancaq həyat yerində durmur. Ölkəmizin tələbatı, əhalisi, sənaye potensialı artır, yeni müəssisələr istifadəyə verilir. Ona görə infrastruktur layihələrinin icrası bundan sonra da təmin edilməlidir", - Prezident qeyd edib.

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.