Azər Bayramov maliyyə naziri gəlir? - İDDİA

  • 09 yan 2020, 20:59

Bəzi yerli saytlar ölkədə aparılan kadr islahatları nəticəsində 2020-ci ildə Maliyyə Naziri Samir Şərifovun da vəzifəsindən alınacağını iddia edir. Bu gözləntini isə Samir Şərifovun adının ciddi maliyyə qalmqallarında, "Beynəlxalq Bank” olayında hallanması ilə əlaqələndirirlər.

"Demokratik.Az" bildirir ki, bizimxeber.az-ın da iddialarına görə, son günlər mediada Samir Şərifovun komandasının ciddi şəkildə nazirin mövqeyinin müdafiəsinə qalxmaları müşahidə olunur və iddiaların ciddiliyindən xəbər verir. Bütün cəhdlərin Şərifovu postunda saxlamağa görə edildiyi bildirilir.

Yerli media artıq yeni maliyyə nazirinin də adını müəyyən edərək bu posta hazırki nazirin müavini Azər Bayramovu "gətirir". 

Azər Bayramov həm də büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir.

İddiaların doğruluğu bilinməsə də, yeni maliyyə naziri ola biləcək şəxsin DOSYEsi də yayılıb.


***

Azər Bayramov 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.
1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə – İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasını almışdır. 2000-ci ildə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Hüquq” fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1990-cu ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlayıb.
1992 – 1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma”, 1997 – 1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə” idarələrinin rəisi olub. 2000 – 2004-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər