AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb

  • 07 dek 2019, 20:13

Gəncənin Şah İsmayıl Xətai prospektində AZ 20 AA 599 dövlət nömrə nişanlı avtomobilin işıqforun əmrinə və yol hərəkəti qaydalarına riayət etmədən qanun pozuntularına yol verməsi barədə xəbər vermişdik.

Demokratik.Az-ın "DünyanınSəsi” – nə istinadən məlumatında qeyd edilirdi ki, sakinlərdən birinin çəkdiyi videoçəkilişdən aydın olur ki, DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin müdirinin xidməti maşını sürücünün iradəsilə özbaşına halda qarşı tərəfin yoluna çıxır, əlində çubuqla maşınlara anlaqsız istiqamətlər müəyyənləşdirən jiletli bir şəxsə yaxınlaşaraq ona pul verir. Naməlum DYP "əməkdaşı” isə aldığı pulu arxa cibinə qoyaraq başqa maşınları "ovlamağına” davam edir.

Xəbərdə o da xüsusilə qeyd olunurdu ki, sözügedən "AZ 20 AA 599” dövlət nömrə nişanlı avtomaşın qeyri-qanuni hərəkətlərində xidməti maşına qanunla qadağan edilən, səsgücləndirici vasitələrlə quraşdırılmış SERENA siqnalımdan istifa edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Demokratik.Az-a verilən məlumata görə, xəbərin yayımlanmasının ardından rəsmi müraciətimiz də nəzərə alınaraq qurum rəhbərliyi olayın araşdırılması barədə sərt göstəriş verib. Nəticədə bugün səhər saatlarında Gəncə Baş polis İdarəsinin Dövlət Yol Polisi idarəsinin əməkdaşları təcili hərəkətə keçiblər.

"AZ 20 AA 599” dövlət nömrə nişanlı xidməti maşın məsuliyyətə cəlb edilib. Avtomaşın DYP-nin cərimə meydançasına salınaraq zəruri müayinəyə cəlb olunub. Lakin, DİN-in Mətbuat Xidmətinin Qərb regional nümayəndəliyi "Demokratik.Az" -a bildirib ki, avtomomaşında heç bir əlavə quraşdırılmış avadanlığa, səsgücləndirici və ya SİRENA siqnalına rast gəlinməyib.

Bundan başqa, araşdırma zamanı avtomaşının sürücüsünün yol hərəkəti qaydalarını pozması təsdiq olunub və buna görə, DSMF-nin sürücüsü Sənan Məmmədov barəsində İXM-nin müvafiq maddəsilə inzibati intizam tənbehi, cərimə sanksiyası protokolu tərtib edilib.

Videoçəkilişdə maşınlara yol göstərən şəxsin də şəxsiyyəti müəyyən edilib. Maşınların qabağını kəsən şəxs 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Gülməmmədov Əli Oruc oğludur. Anoloji hallara yol verən şəxs ruhi xəstədir və Gəncə Regional Ruhi Əsəb Dispanserində qeydiyyatdadır. "Yolkəsən"in əynindəki jiletin və əlindəki əşyanı necə əldə etməsinə gəlində, bildirildi ki, O, jileti yük sürücülərinin birindən əldə edib, əlində olan isə mağazalarda satışda olan adi uşaq oyuncağıdır.

"Demokratik.Az" saytı müraciətimizə dərhal reaksiya verən, yol hərəkət qaydalarını pozan sürücü barədə tədbir görən, Azərbaycanda öz çevik fəaliyyətilə seçilən Daxili İşlər Nazirliyinin rəhbərliyinə və qurumun Mətbuat Xidmətinə dərin minnətdarlığını ifadə edir. 

Demokratik.Az  

Oxşar xəbərlər