Daha bir əsgərimiz şəhid oldu

  • 26 fev 2015, 11:28
Azərbaycan Ordusunun əsgəri minaya düşüb.


 Demokratik.Az-ın məlumatına əsasən,N saylı hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Cavad Cəlil oğlu Qocayev hadisə nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, şəhid olan Azərbaycan əsgəri Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Şəhid bu gün sat 13 radələrində doğulduğu Oğuz rayonunun Bucağ kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!
Oxşar xəbərlər