Masallıda fabrik yandı

  • 22 fev 2015, 15:27

"Embawood" fabrikinin anbarında başlayan yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı xəbər yayıb.Belə ki,Masallı şəhərində fabrikin ərazisind baş verən yanğın 700 kv.m sahəni əhatə edib. Yanğın nəticəsində anbarın yanar hissələri, dəzgahlar yanıb. Ümumi sahəsi 15 min kv.m olan fabrikin qalan hissəsi yanğından qorunub.

Xatırladaq ki, dünən gecə saatlarında "Embawood"un Masallıdakı fabrikinin anbarında yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb ediliblər. Hadisə ilə əlaqədar aidiyyatı qurumlara da məlumat verilib. Yanğın bu gün səhər saat 10:50-də söndürülüb.

 

Demokratik.Az

Oxşar xəbərlər