Xəbər lenti
Bütün xəbərlər

"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR

  • 19 avq 2019, 13:33

Azərbaycanda ən iri süd-və süd məhsullarının istehsalçısı kimi tanınan "ATENA" şirkətinin Ağcabədidə yerləşən maldarlıq fermasında müəmmalar yaşanır. ilkin illərdə 3000 baş inəklə öyünən şirkət indi 2000 inəklə ayaqda qalmağa çalışır. 

"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, ölkənin ən böyük fermalarından sayılan "Atena-Ağcabədi" heyvandarlıq təsərrüfatı qeyri-qanuni yollarla İran vətəndaşları tərəfindən idarə olunur. Mansur Safaei adlı iranlı özünü təsərrüfat müdiri kimi, Rza isə zootexnik kimi qələmə verərək fermada meydan sulayırlar. Həbib adlı digər iranlı isə ara-sıra fermaya baş çəkməklə özünü danışman kimi aparır. Tez-tez əcnəbi mütəxəssislərə üstünlük verən şirkət bu dəfə də ferma idarəçiliyində iranlı təcrübəsindən istifadə edir. 

Hansısa iranlıların "Atena"-da çalışması ilk baxışdan qəribə səslənməsə də, əcnəbi mütəxəssislərin qeyri-qanuni yolla fermaya axışmaları təəssüf doğuran haldır.

3 aydan artıqdır ki, şirkətin fermasını kurasiya edən iranlıların ölkədə qalmaları, əmək fəaliyyətilə məşğul olmaları üçün zəruri sənədlərinin qaydasında olmadığı iddia olunur.

Gəzən söz-söhbətlərə görə, iranlıların son aylarda "Atena"-da qeyri yollarla vəzifə tutması şirkət rəhbərliyinin fərdi iradəsilə həyata keçirilir. Lakin olduqca maraqlıdır, görəsən Azərbaycanda yasal oturum və çalışma üçün icazə sənədləri olmayan İran vətəndaşları aqrar mütəxəssis kimi hansı öncül keyfiyyətlərə malikdirlər ki, "Atena"-nın fermasında çalışmalarına zərurət yaranıb? Onlar "ATENA"ya konkret nələr vəd edir? 

"Demokratik.Az"-a sızan məlumatlara inansaq, iranlıların "Atena -Ağcabədi”yə daşınması təsərrüfatda olan cins inəklərin kütləvi tələfatının qarşısının alınmasına, son illərdə azalmaqda davam edən süd tədarükünün artırılmasına yönəlib.

Məlumatlı mənbənin sözlərinə görə, əslində "Atena”nın fermasında müşahidə olunan mənfi halların aradan qaldırılması üçün inəklərin gündəlik qulluq normalarına düzgün riayət olunması kifayətdir. Təsadüfi deyil ki, İran vətəndaşlarının gəldiyi gündən bu yana fermada inək ölümlərinin qarşısı alınmayıb, əksinə digər süni problemlər də ortaya çıxıb. Kütləvi halda çıxdaş inəklərin satılmasını çıxış yolu kimi istifadə edən iranlılar uğurlu nəticə əldə edə bilmirlər. Hesab etmək olar ki, "Atena”nın fermasında mütəxəssis dərdi yox, distiplin dərdi var ki, bu hal aradan qaldırılmalıdır. Bundan başqa, "ATENA" rəhbərliyinin mütəxəssisləri Azərbaycanda deyil, İranda axtarması qınanılası haldır. Çünki, ölkəmizdə bu sahədə müasir biliklərə sahib olan mütəxəssislərimiz yetərincədir. İranlıların mütəxəssis adı altında Ağcabədidə nə axtarmaları isə aidiyyatı qurumlar tərəfindən çox ciddi araşdırılmalıdır.

İnanırıq ki, "Atena"-nın sahibi İsrafil Qasımov özü Ağcəbədidəki fermaya diqqətini artıracaq və iranlıların öz şirkətinə qanunsuz şəkildə doldurulmasının qarşısını alacaq...

Yazıda adıkeçən şirkətin rəsmi mövqeyini öyrənməyə cəhdlər etsək də alınmadı...

Qarşı tərəfin söz haqqına sayğımızı ifadə edirik!

Osman Nərimanoğlu 

Demokratik.Az 


Oxşar xəbərlər