Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?

"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?"Bakı-xəbər"-də yayımlanan bəzi siyasi başlıqlı yazılar süni və yamsılamalar toplusudur. Gün ərzində bir neçə plagiat mətnli xəbərlər qəzetin eyniadlı saytında da dərc olunur və azsaylı oxucu zövqünü korlamaqdan savayı işə yaramır. Adi jurnalistika qaydalarına, istinad etikasına riayyət etməyən redaksiya heyyətinin bu cür üzqaraldan tendensiyadan istifadəyə üstünlük verməsi təəssüf və qəzəb doğurur.

Əslində, deyə bilərsiniz ki, yerli elektron KİV-lərdə bu cür qeyri-peşəkar vərdişlərə hər dəqiqə rast gəlinir. Bu hətta "normal hal"a da çevrilib. Fəqət, ölkə başçısının medianın inkişafına diqqəti və qayğısı sayəsində son illərdə 100 minlərlə manat maliyyə yeyən, gündəlik dərcindən öyünən, KİVDF-nin xəttilə jurnalistlər üçün tikilən evlərdən özünə bir neçə pay almağa müvəffəq olmuş bir qəzet redaksiyasının belə bayağı fəaliyyəti qəbiledilməzdir, anormaldır, mütləq də müzakirə olunmalıdır.

 

 

 

 

 

 

"Bakı-Xəbər"-də gündəlik rast gəlinən plagiatlıq qüsuru daha çox qəzetin Məhəmmədəli Qəribli adlı ştatdankənar müxbirinin özfəaliyyətinə bağlıdır. Qəzetin saytında bəh-bəhlə yer alan "oğurlanmış" gündəm xəbər və yazıların əksərinin altındakı "müəllif"in kimliyi də bunu təsdiqləyir. Bəs, adıçəkilənin "fərasəti"nin calaq media məhsulları "Bakı-Xəbər" üçün niyə keçilməz və qiymətlidir?

Dərci üçün illərdir ki, hökumətdən karlı maliyyə alan və özünü satışla doğrultmayan qəzetlər sırasında adıkeçən medianın da yer alması özlüyündə bu suala cavab verə bilər. Praktika göstərir ki, qəzet özünü orijinal və dürüst yazılarla oxucuya sevdirə bilmədisə, uzun sürə yaşaya da bilmir və məhvə məhkum olur. Çünki, satışının büdrəməsi, qəzetin yazarlarının sevilməməsi başqa yol da buraxmır. Tıpkı, "Bakı-Xəbər"-in redaksiyasının qəzetçilik və müxbircilik taleyi kimi...

Yayılan informasiyalara inansaq, özünü ciddi media orqanının şefi kimi aparan baş redaktor Aydın Quliyev son illərdə ictimai rəyə təsir edəcək oxunaqlı siyasi yazıların hazırlanmasına maraq göstərmir. Ələbaxımlı media statusunu qorumaqla, öz qəzetində özünü və fərdi siyasi mövqeyini təbliğə güc verir. Hazırki geniş maddi imkanları da onu ölkə gündəmində oynayan mühüm siyasi gedişatlara sövq etmir, indiki iqtidara əvvəlki radikal müxalifliyi dövründə olduğu kimi çılğın yazarlıq etmir.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin aparıcı üzvlərindən olan Aydın Quliyev 5 ildən artıqdır ki, qəzetinin siyasi səpkili bərbad "bazarını" tam bir qrafomana həvalə etməklə yetinib. Əslində, Aydın Quliyev əvvəllər kafe yandırdığına görə 11 il məhbəs həyatı yaşayan Məhəmmədəli Qəribli adlı savadsız həmyerlisini ayrıca məqsəd naminə qəzetində "siyasi yazar"-a çevirib. Başqa cür düşünməyə əsaslar da yox kimidir.

"Bakı-Xəbər"-in yayımladığı bəzi siyasi yazıları oxuyarkən bəlli olur ki, "zek-müxbir" hər gün birbaşa, mozaik və sərbəst plagiatlıqdan istifadə edərək hazırladığı yazıları oxucu kütləsinə sırımaqla, kontur-təkrarçılıqla məşğuldur.

Nə özünün, nə də təmsil olunduğu redaksiyanın reputasiyası barədə narahatlıq keçirməyən ştatdankənar müxbirin "yazılarının" yarıdan çoxu digər nüfuzlu media orqanlarından istinadsız olaraq götürülmüş mətnlərdən ibarətdir. İstisna və ən yaxşı halda, gündəm mövzuya hansısa politoloqun hazır yazılı açıqlamasını yapışdıran müxbir utanmadan belə yazılara özünün "müəllif"liyini atır.            

Göründüyü kimi, "Bakı-Xəbər"-də qəribə və müəmmalı mənzərə var. Özünü şərləyib, siyasi yazar adlandıran bir xudpəsəndin bütöv halda bircə siyasi-təhlii yazısına, sağlam siyasi mövqeyinə belə rast gəlinmir.

Hər gün ölkənin siyasi gündəmini aparıcı xəbər saytlarından izləməklə maraqlı açıqlamaları eynən köçürən, lakonikləşdirməklə bir-iki versiyanı birləşdirib altına da adını yazan müxbir əslində jurnalistikanın, siyasət elminin nə olduğunu ya ümumiyyətlə bilmir, ya da bildiklərini vecinə almır. Yazıları isə təbii ki, zəruri redaktəyə və özsenzuraya məruz qalmır. 

Aldığım məlumata görə, Aydın Quliyevin yararsız tərtibatlı siyasi xarakterli plagiat yazılara öz qəzetində meydan açmasının mühüm səbəbi var. Belə ki, baş redaktor hər gün Məhəmmədəli Qəribli imzasını tirajlamağa şərait yaradır ki, ona 2020-ci ilin yayında jurnalistlərə paylanacaq mənzillərdən ev verilmək şansı yaransın. Bu artıq bir çoxlarının da danışıb müzakirə etdiyi bir informasiyadır. Məhz buna çalışan redaktor - müxbir "gözəgirmə" fəaliyyətləri ilə hakimiyyətin ən üst vəzifəlilərinin də diqqətinə can atır.

Təsadüfi deyil ki, Qəribli imzası bu məqsədlə vurnuxur, sosial şəbəkə üzərindən şəxsiyyət əleyhinə düşünmədən öz kal ağlına gələn təhqirləri yazır, hətta böhtan atır, mağara təfəkkürü ilə düşünür, milyarder Mübariz Mənsimovun gəmilərinə və bir neçə tanınmışın xeyriyyəçi imicinə daş atır, tanımadıqlarının şəxsiyyətini alçaltmaq üçün şəkillərini paylaşmaqdan sövq alır, gah da özünün lazımsız statuslarına həmfikirlərindən 5-10 "layk", komment toplayır. Ciddi və peşəkar media adamları bilir ki, bu davranışlardan qrafomaniya xəstəliyinin qoxusu gəlir. Və vəssalam!..

Publisistik üsluba yad bir zek-müxbir "yaradıcılığı"nda çox neqativi qabartmaq və tənqid etmək olar. Amma, məncə prezidentdən ev almaq eşqilə qovrulan adamın istəyinə layiq olmadığını təkcə biz deyil, şousevər Xoşqədəm və qondarma bir saytın (azinforum.az) baş redaktoru "titullu" təsisçisini "Bakı-Xəbər"də öz "V-NE_ŞTATNİK" müxbirinə çevirən Aydın Quliyev də çox yaxşı anlayır. Bir saytın "baş redaktor"u ola-ola "müxbir"ə dönüşən özü anlamasa da... 

 

"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ? 

İnanaq və arzulayaq ki, "Bakı-Xəbər" klassik və print qəzetçilik ənənələri naminə müxbirinin bayağı siyasi yazılarına tezliklə çəki-düzən verəcək. Və qəti əminik ki, fərqli yanaşma, mübhəm maraqlar olmazsa Məhəmmədəli Qəriblinin plagiat özfəaliyyəti ona jurnalist adı altında dövlət babadan ev almağa əsla imkan tanımayacaq...

Müəllif: Osman Nərimanoğlu

 

Demokratik.Az

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.