Şirvan Meyvəçilik Mərkəzi Əmək məcəlləsini saymır - MAXİNASİYA

  • 29 iyul 2019, 15:10
Demokratik.Az-ın elektron poçtuna Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyindən şikayət daxil olub. Bir qrup şikayətçinin yazdığına görə, müəssisədə çalışanların bir çoxunun əmək hüquqları pozulub, bilərəkdən insan əməyinin istismarı həyata keçirilib. İşçilərə düşəcək müavinətlər də mənimsənilib. İş stajları saxtalaşdırılmaqla cinayət əməli törədilib. 
Şikayət ərizəsini imzalayan vətəndaşlar yazır: "Biz, Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinə 2011-ci il tarixdə işə qəbul edilmişik. Həmin idarənin fəaliyyəti Jalə meyvə şirələri istehsal edən məssisəni meyvə ilə təchiz etmək olub. Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim savadsızlığımızdan və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bizi işə götürən zaman heç bir əmək müqaviləsi bağlamadan, sənədləşdirmə aparmadan bizi işlətmişdir.Bunu isə vergidən digər ödənişlərdən azad olmaq üçün etməklə dövlətə və bizə küllü miqdarda ziyanlar vurmuşdur.Bizimlə əmək müqaviləsini yalnız 2017-ci ilin may ayında bağlamışdır. 2018-ci ilin dekabr ayı tarixində əmək müqaviləsinə xitam verilmişdi. Biz 2011-ci il tarixdən 2018-ci ilin dekabr ayı tarixinə kimi məzuniyyətə çıxamamışıq, bu hüququmuzdan istifadə etməmişik.Buna görə bizə məzuniyyət əvəzi pul kompensasiyası ödənilməlidir. Buna görə biz Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyinə ərizə ilə müraciət etsəkdə heç bir tədbir görməmişdir. Bununlada bizim Azərbaycan Respublikası Konstitusiyasında, Beynəlxalq qanunlarda təsbit olunmuş hüquq və azadlıqlarımız qəsdən məqsədli şəklidə pozulmuşdur. Burada məqsəd ancaq bu yolla pulumuzu mənimsəmək əməyimizi istismar edib küllü miqdarda pul əldə etmək olmuşdur.
Konstitusiyanın 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyətin verilməsi təmin edilir.
Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır.
Mövcud qanunvericiliyə görə ödənişli əmək məzuniyyətindən istifadə etmək hər bir işçinin əsas hüquqlarından sayılır. Lakin təəssüf ki, Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim bu hüquqlarımızı qəsdən maraqlı olaraq pozmuşdur. Biz hər birimiz ailə başçısıyıq, himayəmizdə azyaşlı, qoca və xəstə ailə üzvülərimiz var. Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyinin bu qanunsuz əməlləri araşdırılmalı və barələrində ciddi tədbirlər görülməlidir.
Bizə qrşı edilən bu cinayət əməli barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə və Dövlət Əmək Müfətişliyi Xidmətinin rəisi cənab Elman Cəfərova şikayət ərizəsi ilə müraciət etmişik.
Bu şikayət ərizəsini imzalayan şəxslər mətbuat vasitəsi ilə də xahiş edirik obyektiv araşdırma aparıb işlədiyimiz müddətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsinə və iş stajımızın qeydə alınmasına köməklik göstərəsiniz və ciddi qanun pozuntusuna yol vermiş Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi barəsində qanuna müvafiq tədbirlər görəsiniz.
İmza; Şirvan Meyvəçilik Mərkəzinin işçiləri
1.İsmayılov Bəhruz Əli oğlu Göyçay rayonu Alpout kəndi 050 498-83-23
2.Əliyev Valeh Ağabala oğlu Göyçay rayonu Alpout kəndi telefon; 050 498-84-23
3.Bəbirov Bəşir Cabbar oğlu Göyçay rayonu Kürdşaban kəndi telefon; 051 491-08-91
4.Fətullayev Rizavan İbrahim oğlu Ağsu rayonu Rəhimli kəndi telefon; 051 672-89-98
5.Əhmədov Əflatun Rəcəddin oğlu Göyçay rayonu Qarabağlar kəndi telefon; 050 782-31-44
6.İslamov Azər Mövlan oğlu Göyçay rayonu Qızılağac kəndi 050 767-48-07
7.Cəbrayılov Zaur Rauf oğlu Göyçay rayonunda məskunlaşmış məcburi köçkün 055 205-59-89
8.Əhmədov Təbriz Əflatun oğlu Göyçay rayonu Qarabağlar oğlu 050 498-17-20
Müəssisə rəhbərindən də açıqlama alıb dərc edəcəyik.
 
Demokratik.Az
Oxşar xəbərlər