Gəncə Texnologiya Universitetinə növbəti "FETÖ" ŞAPALAĞI

  • 28 may 2019, 22:02

Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinə növbəti  "FETÖ" ŞAPALAĞI dəyib. Uzun illərdən bəri "FETÖ"-cü Universitetlərdən biri kimi adı hallanan ATU Türkiyənin Ali Təhsil qurumu (YÖK) tərəfindən "tanınmayan" - arzuolunmaz təhsil müəssisələri siyahısına daxil edilib.

Türkiyənin rəsmi qurumunun qərarına əsasən, bu universiteti bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək. Rəsmi "qadağa" sənədində də buna səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb.

Demokratik.Az-ın məlumatına görə, bu cür xoşagəlməz xəbər Gəncə ziyalıları və ictimaiyyəti tərəfindən xoş qarşılanmayıb.

Universitetdə FETÖ şəbəkəsinin formalaşması və bu təhsil ocağının nüfuzunun bütün Azərbaycan və Türkiyə məkanında heçə endirilməsi hazırki rektor Akif Süleymanovun "əməyinin bəhrəsi" kimi qiymətləndirilə bilər. Bir çoxları belə hesab edir ki, bu qərardan sonra, ATU-da dərin kadr islahatlarının aparılması çox vacibdir. Rektor Akif Süleymanov və "FETÖ" təəssübkeşi olmuş komandası Universitetin idarəçiliyindən tezliklə uzaqlaşdırılmalıdır. Yoxsa, adıçəkilən Universitetdə çoxpilləli çöküşü və təhsil ocağının bəzi ixtisaslı müəllim kadrlarının Gəncənin digər Universitetlərinə "qaçışı" davam edəcək.

Son illər yerli KİV orqanlarında ATU-da xoşagəlməz olaylar barədə xeyli sayda tənqidi material dərc edilib. Universitet rektorunun şəxsən adı hallanan milyonluq maxinasiyalardan, korrupsiya cinayətlərindən, bir neçə "FETÖ"çu müəllimlərə universitetdə yaradılan özəl şəraitdən, Gülənin sözlərinin təbliğindən və sair bəhs olunub.

Bunun əvəzində, qalmaqallı rektor Akif Süleymanov öz kürsüsünü müxtəlif manevrlərlə qoruyub saxlaya bilib. Rektorun oğlunun iş adamı olduğu, sabiq Təhsil Naziri Mikayıl Cabbarovla dost olduğu da iddia edilir. 

Onu da bildirək ki, Türkiyənin Ali Təhsil qurumunun "tanımadığı" təhsil müəssisələri siyahısında Azərbaycan Texnologiya Universitetinə Azərbaycanın Bakı Mühəndislik Universiteti və Odlar Yurdu Universiteti də şəriklik edir. Bu barədə xəbəri isə bugün saytların birinə açıqlamasında təhsil eksperti Kamran Əsədov yayıb.

Demokratik.Az

Oxşar xəbərlər