Xəbər lenti
Bütün xəbərlər

Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ

  • 17 may 2019, 14:23

Bugün Abşeron Rayon İHB-nin xanım rəhbəri İradə Gülməmmədova ilə polis rəisinin "xüsusi ittiham" qaydasında şikayətinə baxılacaq. "Cinayət işi" üzrə məhkəmə prosesi bugün saat 15:00-da baş tutacaq.

İki həftədən artıqdır ki, davam edən hazırlıq iclasında son qərarın veriləcəyi gözlənilir. Məhkəmə iş üzrə şikayətin tələbini rədd edəcək kimi görünsə də istisna mənfi halın da baş verə biləcəyini gözləmək olar. Yəni jurnalistə qarşı CM-nin 147.2-ci maddəsilə cinayət işinin açılmasını arzulayan Abşeron İcra başçısının, rayon polis rəisinin eyni ittihamla və nüfuzlarının var olduğu Abşeron rayon Məhkəməsində istəklərinə nail ola biləcəkləri kimi həssas məqamlı bir reallıq da ortadadır.

Xatırladaq ki, adıçəkilən jurnalist rəhbərlik etdiyi xeber-xetti.com saytında rayonun Xırdalan qəsəbəsində yol infrastrukturunun bərbad olması, DYP əməkdaşlarının fəaliyyətində nöqsanlarının olması barədə xəbərlər yayımlayıb. Bir xəbər yazısında xanım icra başçısını və polis əməkdaşını birgə tənqid edib.

Onu da bildirək ki, Abşeron Polis rəisinin məlum "xüsusi ittiham"-a qol çəkməsi gülüş doğururur və xeyli suallar yaradır. Çünki, belə halda, o, təkcə bir DYP əməkdaşının adından çıxış etmir, həm də xanım icra başçısının müdafiəçisi, həmfikri kimi görünür.

(Mövzu diqqətimizdədir) 

Demokratik.Az

Oxşar xəbərlər