Xəbər lenti
Bütün xəbərlər

Ziya Məmmədov əmr verdi

  • 12 fev 2015, 17:04

"Azəryolservis" ASC-nin sədri dəyişib. Demokratik.Az ANS-ə istinadən məlumatına görə, bununla bağlı nəqliyyat naziri Ziya Məmmədov əmr verib.

Yol təsərrüfatındakı çoxşaxəli fəaliyyəti, qazandığı təcrübə, eyni zamanda təşkilatçılıq bacarığı nəzərə alınaraq Nəqliyyat Naziri Ziya Məmmədovun əmrinə əsasən Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-in sədri vəzifəsinin müvəqqəti icrası Saleh Ərşad oğlu Məmmədova həvalə edilib.

Saleh Ərşad oğlu Məmmədov 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun İnşaat fakultəsinə daxil olub, 1980-ci ildə təhsilini başa vurub inşaat-mühəndis ixtisasına yiyələnib.

Uzun müddət yol təsərrüfatının müxtəlif qurumlarında mühəndislikdən rəis vəzifəsinədək yüksəlib.

1982-1993-cü illrdə "Yol Təmir Tikinti” Baş idarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis, rəis, 1991-1993-cü illrdə 3 saylı Yol Tikinti İdarəsində rəis, 1995-2003-cü illərdə "Azəravtoyol” Dövlət Şirkətinin Körpütikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları idarəsinin rəisi, Siyəzən 4 saylı Yol İstismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində çalışıb. 2003-cü ildən hal-hazırkı vaxta qədər Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-in Bakı şəhər 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb.

Saleh Məmmədovun səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, 2010-ci ildə Tərəqqi medalı ilə təltif olunub, 2012-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

 

Demokratik.Az





Oxşar xəbərlər