Xəbər lenti
Bütün xəbərlər

"Sovetski"də son vəziyyət

  • 07 fev 2015, 12:36
"Mətbuatda "Sovetski"nin sökülməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu prosesin gedişində heç bir fasilə yoxdur".


Bunu ANS PRESS-ə açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.

O, "Sovetski” sakinlərini əmin edir ki, heç bir problem yoxdur. Səməd İslamov sakinlərin narahatlığına heç bir əsas olmadığını və hamının istəklərinə uyğun köçürülmənin olacağını söyləyib:

"Əsas məqsədimiz bu ilin əvvəlində köçürmə ərazisinə düşən 10 500-ə yaxın yaşayış və qeyri-yaşayış sahələrinin sənədləşdirmə işlərini başa çatdırmaqdır. Artıq 6 892 mənzilin sənədləşmə işi yekunlaşıb, işin 65 faizi başa çatdırılıb. 2315 ailə artıq mənzillərini sataraq köçüb.

Qeyd edək ki, bir müddətdir yerli KİV "Sovetski"də söküntülərlə bağlı məlumatlar yayılır. Mətbuatda dərc edilən məlumatlarda, neftin qiymətindəki dəyişikliklərin iri layihələrə təsir edə biləcəyi vurğulanırdı.

 

Demokratik.Az 

 

Oxşar xəbərlər