Xəbər lenti
Bütün xəbərlər

Polada "Şərəf" ordeni verildi

  • 03 fev 2015, 18:43

Azərbaycan prezidenti ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu haqqında sərəncam imzalayıb.

 Məlumata görə, o bəstəkar-müğənni, xalq artistini təltif edib. Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlu "Şərəf” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, fevral ayının 4-də görkəmli müğənni-bəstəkar, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubileyidir.

 

Demokratik.Az



Oxşar xəbərlər