Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Hafiz Hacıyevin əmisi məhkəmədə təhqir olundu

Dünən Göygöl rayon məhkəməsində ağlasığmaz olay baş verib.Ölkənin siyasi elitasında züsusi çəkiyə malik olan,Azərbaycan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin doğma əmisi məhkəmənin hakimi Rafiq Məmmədovun əməli nəticəsində məhkəmə zalındaca təhqir olunub.

Bu barədə Demokratik.Az-a zərərçəkmiş özü məlumat verib.Onun sözlərinə görə,Göygöl rayon məhkəməsi qarşısında iddia qaldıraraq cavabdeh Məmmədova Pakizə İslam qızının zəpt edərək torpaq sahəsində apardığı qanunsuz tikilinin sökülməsi,eləcə də ailə üzvləri ilə birgə Q.Hacıyevə məxsus həmin torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası hakim Rafiq Məmmədovun icraatındadır.Eyni iddia tələbi üzrə uzun illərdir ki,ədalətsizliyə və hakimlərin zülmünə məruz qaldığını deyən vətəndaş adıçəkilən hakimin də artıq qeyri-səmimi əməllərindən gileylənir.Belə ki,dünən keçirilən ilkin məhkəmə iclası zamanı Qəşəm müəllim anlayıb ki,hakim qarşı tərəfə meyillidir.Məhkəmə icraatında olan iş üzrə tərəflərə hakimin imzası ilə göndərilən bildirişlərə cavabdehin məhəl qoymaması,eləcə də hakimin məsələyə heç bir aidiyyatı olmadan iddiaçının oğlu Üzeyir Hacıyevi iclasa dəvət etməsi haqlı olaraq Q.Hacıyevdə bəzi şübhələr oyadıb.Bütün bunlar azmış kimi,hakim bilərəkdən iddiaçını zərərsizləşdirmək məqsədilə oğlu ilə dava-dalaş salmasına şərait yaradıb.Nəticədə məhkəmə zalında hakimin gözü qarşısında "oğul"atasını nalayiq ifadələrlə təhqir etmiş,ona fiziki zor tətbiq etmişdir.Hadisəyə isə hakim heç bir hüquqi qiymət verməmişdir.Olayı sükutla qarşılamışdır.

Şikayətçi baş verənləri özünəməxsus şəkildə izah edərək onu da bildirir ki,əslində məhkəmənin ona qarşı tutmuş olduğu ədalətsiz mövqeyi məhz qardaşı oğlu Hafiz Hacıyevin siyasi fəaliyyəti ilə də bağlıdır.

Qəşəm Hacıyev müraciətinin ictimailəşdirilməsini,Demokratik.Az vasitəsilə qarşılaşdığı problemin Ədliyyə Nazirliyinin qaynar xəttinə ünvanlanmasını xahiş etmişdir.

 

Adları çəkilən hər kəsin də cavab haqqını tanıyırıq...

 

Demokratik.Az

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.