Demokratik TV
Xəbər lenti
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
- 11 dek 2018, 15:22
Bakı şəhəri Nərimanov rayonunda Atatürk prospektindəki eyniadlı parkdakı kafe, restoran və digər ictimai-iaşə obyektlərinin sökülməsinə başlanılıb.

Z. İsmayılov nəzərə çatdırıb ki, parkdakı obyektlərin əksəriyyətinə müvəqqəti icazə əsasında tikilib: "Həmin obyektlərin sahiblərinin 80 faizinə parkda fəaliyyət göstərmsəklə bağlı müvəqqəti icazə verilib. Həmin obyektlər parkdan götürüləcək. Çünki onlardan uzun müddət müvəqqəti istifadə ediblər, bu gün isə yenidənqurma işləri çərçivəsində həmin obyektlərin sökülməsi lazımdır və onlar sökülür. Burada heç bir problem yoxdur, hər hansı kompensasiyadan söhbət gedə bilməz. Çıxarışı olan obyektlərə gəlincə, bu obyektlərlə bağlı məsələyə də qanunvericiliyin tələbinə uyğun olaraq baxılacaq. Bunun kompensasiya, yaxud hər hansı formada olması hələlik qərarlaşdırılmayıb”.
Z. İsmayılov əlavə edib ki, söküləcək obyektlərin yerində yenilərinin tikilməsi nəzərdə tutulmayıb: "Parkda yenidənqurma işləri çərçivəsində kafe, restoran və digər ictimai-iaşə obyektlərinin tikintisi nəzərdə tutulmayıb”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti