Xəbər lenti
Bütün xəbərlər

Ziya Məmmədovun xalaoğulları Ucarı niyə viran qoyub?

  • 07 dek 2018, 13:01

"Ucar viran qalıb, kəndlərdə yolsuzluq, rayonda işsizlik, məmurlardan sakinlərə qarşı laqeyid münasibət var..  Yaxşı vəzifələr Məmmədov qardaşlarının manapoliyasına keçib...Rayon sanki linç edilərək "gestapo rejim"ə dönüşdürülüb... Bir zamanlar doğma Qazıqumlaq kəndinə vertolyotla gələn sabiq nazir Ziya Məmmədov və yaxınları Ucar və ucarlılardan sanki qisas alır?..

Bu fikirlər narazı əhalinin fəryad səsidir...

"Demokratik.Az-a daxil olan müraciətdə deyilir ki, sabiq nəqliyyat naziri Zİya Məmmədovun xalaoğlanları icra başçısı Mənsur Məmmədovun rəhbərliyi altında illərdir rayonu çapıb - talamaqla, özbaşınalıqlarla məşğuldurlar. Münbit və gəlirli vəzifələri əllərinə alan Məmmədovlar rayonda əməllicə at oynadırlar...

Aldığımız məlumata görə, rayonun icra başçısı M.Məmmədov son illər demək olar ki, işə gəlmədən rayonu telefonla idarə edir. Həftənin yalnız müəyyən günlərində İHB-yə baş çəkdiyi deyilir. Bəs, xalaoğlusu Ziya Məmmədov nazir postunda oturarkən Ucarda işgüzar imici yaradan, səyyar görüşlərdə eşitdiyi bütün problemlərin həllinə çalışdığı deyilən bir icra başçısı köndələn idarəçilik metoduna niyə keçib? Sakinlər hesab edirlər ki, bu suala ən ağlabatan cavab o ola bilər ki, sabiq nazirin vəzifəsindən uzaqlaşdırılması xalauşaqlarında ölkə rəhbərliyinə qarşı ikrah hissi oyadıb. Rayondakı mövcud durumun digər məntiqli açıqlaması yox kimi görünür.

Sakinlərin bildirdiyinə görə, icra başçısı çox nadir hallarda İHB-də şikayətçi qəbul edir, kəndlərdəki səyyar görüşləri isə əvvəlcədən tərtib etdikləri konspektlə - formal olaraq keçirir. Sanki, Ziya Məmmədovdan sonra işləmək istəmədiyinin, bu rayona nifrət etdiyinin açıq anonsunu verir.

Aldığımız məlumata görə, Ucarda məmur adı daşıyan digər "Məmmədovçular" da öz davranış və hərəkətləri ilə sakinlərdə narazılıqlar yaradırlar. Bunlar aşağıdakılardır:

- Rayon səhiyyə təşkilatının rəhbəri (başçının qardaşı qızının əri-red) Zeynal Bayramlı;

- Ucar Ərazi Yaşıllaşdırma İdarəsinin rəisi (başçının qardaşı-red) Malik Məmmədov;

- Ucar SSİ-nin rəisi (başçının qardaşı-red) Müşviq Məmmədov...

Xatırladaq ki, Mənsur Məmmədov Ucardan əvvəl Göyçay və Zərdab rayonlarının da icra başçısı olub. Heç bir müsbət uğurlu fəaliyyəti ilə xarakterizə edilməyib. Adı həmişə medianın gündəmində olub, sərt tənqid edilib, sabiq nazirin kurasıyası altında qalmaqalları ilə yadda qalıb.

İcra başçısının mediaya qarşı aqressiv və sayğısızlığı da bir reallıqdır.  

Bir zamanlar Ziya Məmmədova güvənən icra başçısının və yaxın ətrafının tezliklə vəzifələrindən rədd ediləcəyi ucarlıların ən ümdə arzusudur...

(bu günlərdə daha ətraflı)

Demokratik.Az   

Oxşar xəbərlər