Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib

  • 18 sen 2018, 10:39

Ölkə əhəmiyyətli mühüm tədbirlərdə fövqəlnazir Kəmaləddin Heydərovun görünməməsi məsələsinə aydınlıq gəlib.

Yerli mətbuatın yaydığı xəbərə görə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun səhhətində ciddi problemlər yaranıb.

Kəmaləddin Heydərov yüksək şəkərdən, həmçinin qaraciyərində ciddi problemlərdən əziyyət çəkir. Onun ölkə xaricində müalicə olunduğu bildirilir. Buna görə, Kəmaləddin Heydərov Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradda iştirak etməyib.

Bundan əlavə, nazir 14 sentyabr 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimində də görünməyib. Mərasimdə nazirin əvəzinə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, genral-leytenant Etibar Mirzəyev iştirak edib.

Allahdan fövqəlnazirə şəfalar diləyirik!

Demokratik.Az

Oxşar xəbərlər