Jurnalistlər arasında mübahisə - İntihar və Təcili yardım

  • 31 avq 2018, 13:08

İki media təmsilçisi arasında alovlanan mübahisə dünən acı sonluqla nəticələnib.

Sosial şəbəkədə naxoş bir statusla başlayan qalmaqal Göygöldə yaşayan Osman Nərimanoğlunun intihar cəhdi, azyaşlı övladının qıcolma keçirməsi və kömək üçün ölkə rəhbərliyinə müraciəti ilə nəticələnib. Paralel olaraq, "Bakı Xəbər” qəzetinin əməkdaşı, jurnalist Məhəmmədəli Qəriblinin redaksiyada halı pisləşərək təcili yardım maşını ilə 5 nömrəli xəstəxanaya aparılması xəbəri yayılıb.

Birtərəfli xəbər yayan saytların yazdığına görə, M.Qəribli "Bakı Xəbər” qəzetinin redaksiyasında jurnalist Osman Nərimanoğlu ilə telefonla danışdığı zaman qəflətən halı pisləşərək yerə yıxılıb. Aldığımız məlumata görə, günorta ölkə başçısına müraciətdən və həmkarının intiharında məsuliyyətdən qorunmaq üçün müxbir təcili "Bakı Xəbər"də peyda olub (hansı ki, redaksiyada müntəzəm olmayan adamdır) və üzürhaxlıq etmək əvəzinə Osman Nərimanoğlu ilə telefon əlaqəsinə girişib. İddialara görə, məhz bundan sonra halı pisləşib və reanimasiyalıq olub.

Osman Nərimanoğlu son baş verən üzücü olayla bağlı yeni açıqlama verməkdən qəti imtina edib, yalnız onu bildirib ki, rəhbərlik etdiyi saytda M.Qəribli haqqında bir neçə tənqidi yazı yazdıqdan sonra ondan ÜZR istəyib, lakin qarşı tərəf üzürü cavabsız qoyub. Bu da ona mənən təsir edib.

Osman Nərimanoğlu "Demokratik.Az-a qısa açıqlama verərək, bütün media mənsublarına səslənib. Belə üzücü olaylara başqa məna qatmamağa, mübahisəni alovlandırmamağa və tərəflərin iddialarına bundan sonra qarışmamağa çağırıb.

Sayt rəhbəri bir müddət ambulator müalicə məqsədilə saytın və özünün fəaliyyətini dayandırmaq qərarı verib. Eləcə də, mübahisənin dərinləşməməsi və xoşagəlməz fikirlər yaranmaması üçün sosial şəbəkə və sayt üzərindən heç bir açıqlama və polemika etməyəcəyini bildirib. Sonda, Məhəmmədəliyə sağlıq diləyib, acı nəticəyə sevinənləri qınayıb. 

Ümidvarıq ki, jurnalistlər mübahisəni dayandırmağa daha böyük səylər göstərib sülhə nail olacaqlar.

Demokratik.Az

Oxşar xəbərlər