Osman Nərimanoğlu Prezidentə yazdı - "Özümə qəsd edəcəyəm, ya da.."

  • 30 avq 2018, 13:31

Sosial şəbəkədə məqsədli təhqir və böhtana məruz qalan "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlu tədbir görülməsi üçün prezident cənab İlham Əliyevə və bir neçə mötəbər, yüksək çinli dövlət məmuruna müraciət edib. Məktubda bildirilir:

"Möhtərəm cənab prezident!

Sizi and verirəm atanız mərhum Heydər Əliyevin əziz ruhuna, üç gündür sosial şəbəkə üzərindən ölmüş atamın ünvanına və şənimə yağdırılan təhqirləri, böhtan və yalanları durdurun! Əgər durdura bilməzsəniz, onda and olsun mənim söyülən atamın ruhuna ki, özümə qəsd edərək hər kəsə nümunə olacağam, sağ qalsam, insan hüquq və azadlıqlarımın təminatını xarici ölkə səfirliklərinin qarşısında axtaracağam. Artıq sinirlərim pozulub, qan təyziqim artaraq səhhətimdə problemlər meydana çıxıb. Narahatçılıq üzündən gecələr bir neçə dəfə evimə təcili yardım gəlib.

Bu müraciət son günlərdə özlərini media adlandıran, mənə hücumda radikal müxalifətçilərlə yaxın dostluq edən şəxslərin söyüşləri ilə cana doyan bir seçicinizin acizliyinin göstəricisidir. İnana bilməzdim ki, iqtidarı sevən biri kimi, ölkə mediyasının anarxiya və özbaşınalığı, köməkçiniz cənab Əli Həsənovun biganəliyi və Mətbuat Şurasının ayrı - ayrı maraqları məni bu həddə çatdıracaq. Mən sizə səs verdiyim üçünperezidentim olduğunuz üçün XAHİŞ edirəm – konstitusion haqqlarımın qorunmasında səsimə səs verin!

Möhtərəm cənab prezident!

Nəzərinizə çatdırıram ki, 18 avqust 2018-ci ildə özünün feysbuk profilində, "Bakı Xəbər” qəzetinin müxbiri Məhəmmədəli Qəribli mənə təhqir yazıb: " Heç olmasa gedib ildə bir dəfə ölən dədəsinin qəbrini ziyarət etmir, başqasının atasının şəkilini illərlə öz profil rəsmi olaraq saxlayır”. Bunun ardından, ümumi ifadə olunan bu lazımsız statusa publisistik dillə cavab verib, adamın əməlini tənqid etmişəm. Təəssüf ki, bir neçə gün sonra, 24 avqustdan başlayaraq, Məhəmmədəli Qəribli Nəşriyyatdan tanıdığı bir neçə radikal müxalifət düşərgəsinin media təmsilçiləri ilə birləşərək, mənə qarşı aramsız təhqirə, böhtana, söyüşlərə yol verir. Durmur ki, durmur. Gah da başının dəstəsilə hədə-qorxu, şantajedici təhdidlərlə üstümə gəlir. 

Möhtərəm cənab prezident!

Təhqir və böhtana görə aidiyyatı üzrə məhkəməyə müraciət edəcəyəm. Bu müraciətimin əsas məqsədi, ortaya çıxan daha önəmli məqamları diqqətinizə çatdırmaqdır. Belə ki, Məhəmmədəli Qəribli adlı şəxs uzun müddətdir "Bakı Xəbər” qəzetinin müxbiri kimi vəsiqə hərləsə da, əslində müstəqil fəaliyyət göstərən, redaksiya tapşırıqları icra etməyərək AzNəşriyyatda oturmaqla "Azinforum.Az” adlı sayt çalışdırır. Güman ki, bu fəaliyyətinə vergi tutmalarından yayınır, işçisi varsa, əmək məcəlləsinin tələbini də saymır. Yeganə məqsədi, 2020-ci ildə sizin sayənizdə jurnalistlərə paylanacaq mənzildən pay qoparmaqdır.

Budur məni narahat edən ki, işi və qabiliyyəti söyüş, təhqir olan, publisistik fəaliyyəti olmayan, bahalı maşın sürüb, dəbdəbəli evdə yaşayan birisinə ev hansı mənəvi haqqla düşəcək? Daha dəqiqi, vaxtilə Rəsul Quliyevin müşaviri olmuş Aydın Quliyev (baş redaktoru) sizləri aldatmaq üçün niyə belə addımlar atıb, belə birisini ştatlı işçi elan edir? Naxçıvanlıdır, ellidir düşüncəsilə ölkə başçısına qarşı sənədli yalanlar niyə  uydurulur? Bu məsələlərdə şəffaflıq üçün mükəlləf insanlar nə işlərlə məşğuldur? Fəaliyyətinə və ağır social-məişət durumuna görə, mənzil verilməsi əsasdırsa, axı heç bir halda bu adamın tərbiyyəsiz sosial aktivistlərdən fərqli yanı yoxdur. İllərdir, araşdırma, samballı təhlil, vacib müsahibə yazmayan necə jurnalistəm deyib, asanca sizlərdən mənzil umur?

Möhtərəm cənab prezident!

Davam edən bu təhqirli günlərimdə (gecələrdə) üzücü məqamların dəhşətlisi, Mətbuat Şurasının sədri cənab Əflatun Amaşovun bu olaya susqunca tamaşa etməsidir. Daha da dəhşətlisi, MŞ-nin başbiləni Azər Həsrətin də barəmdə yazılana layk edib, təhqiredənə dostluğunu sərgiləməsidir. Hansı ki, bu "azman” qələm sahiblərindən yalnız barışdırıcı missiya gözləyirdim. Təəssüf edirəm və inanıram ki, sosial çaşqınlıqlara yol açan belə durumlarda MŞ-yə nə etməsi barədə müvafiq tövsiyyələrinizi gec də olsa verəcəksiniz.

            Möhtərəm cənab prezident!

Mənə qarşı təhqir oyadan bu aktivist siyasi təxribatlara da yol verib. Alman federal kansleri Angela Merkelin Azərbaycana səfərini, xanım diplomatın şəkilini və "Bakı Xəbər”-in müvafiq xəbər linkini fb səhifəsində paylaşaraq, məni bu yolla da söyüb. Bundan başqa, təhqiredici statuslarında rəylər yazmaq üçün KAXCP sədri Mirmahmud Fəttayevin maşası olan, illərlə MŞ-nin "reket” elan etdiyi Gündəm Xəbər” qəzetinin sahibinə xahişlər edib. Onun mənə qarşı təhqirini, böhtan və yalanını öz səhifəsində təşkil edib.

Xatırladım ki, Məhəmmədəli Qəribli utanmadan hər kəsin yanında Şirin Cəfərlinin 71min 800 manatlıq vergidənyayınma borcuna görə məsuliyyətdən yayınmasında dəstəyindən də danışır. Bunlar hər ikisi Şirinin xeyrinə çıxarılan məhkəmə qərarlarında fövqəlnazirin – Kəmaləddin Heydərovun çəkinmədən adını hallandırır. Axı, bu cür rəy yaratmağa cəhd etmək arzuolunmazdır. Hər ikisinin adıçəkilən nazirə feysbukda birgə qıcıqverici təəssübkeşliyi də bu qəbildəndir.

Bu yollarla da ətrafına qeyri-ciddi ictimai reputasiyalı adamlardan ibarət troll dəstəsi yaradan M.Qəribli əməllərinin məsuliyyətində, fərqində deyil. Ola bilər ki, facebook səhifəsində məntiqsizlik nümayiş etdirən bu adam araqarışdıranlıq etməklə, savadsızca fəaliyyətlə də məşğuldur.

Möhtərəm cənab Prezident!

Mənə qarşı təhqirə yol verdiyi üçün barışıq yolları axtarsam da, dəfələrlə özünə xahişlər etsəm də, facebook səhifəmdə üzür tələbilə üzrhaxlıq etsəmdə,  nəticə yoxdur. Belə anlaşılır ki, bu iş mənə qarşı məqsədli təşkil olunmuş İŞdir. Belə olmasa idi, hər vəchlə üzr istəməyən şəxs təsəvvür edin ki, mənə söydüyü statuslarına dönə-dönə yeni sözlərini əlavə edib, təhqiredici statusunu mənfi fikirləri ilə daha da bəzəməzdi. Bu iddialarım araşdırılarsa, zatən hər şey aydın olacaq.

Möhtərəm cənab Prezident!

Yuxarıda sadalanan hallar daxil olmaqla, son ümid yerim kimi sizlərdən xahiş edirəm:

- Mənə qarşı təşkil olunmuş mütəşəkkil söyüş kampaniyasının durdurulmasını;

- Əgər, mənzil almaq istəyirsə, bu istəklə sizin adınıza sənədlər təqdim edilmişsə, yarıtmaz fəaliyyətlə məşğul olan facebook aktivisti Məhəmmədəli Qəriblinin paylaşdığı statusları, "Bakı Xəbər” qəzetindəki bütöv fəaliyyətini dərindən araşdırıb təhlil edilməsini;

 - Bahalı yaşam tərzində ortaya çıxan "CEEP” markalı avtomaşının hansı pullarla alınmasını, illərdir yaşadığı evin sənəddə deyil, faktiki özünə aid olub-olmamasını;

- Məlum söyüşlərə niyə imza atmasının, siyasi əqidəsinin və statusuna rəy yazdırdığı müxalifyönümlü şəxslərlə əlaqəsinin hansı səviyyədə olmasını;

- Siyasi səhvə yol verərək, söyüş məqsədilə Alman federal kansleri Angela Merkelin Azərbaycana səfərini, şəklini və səfər təfərrüatlı linklə publika qarşısında nəyə nail olmaq istəyini…

Şəffaf və ədalətli araşdırlımasına zəruri göstərişinizi verəsiniz!

Ölkə başçısına ən ali duyğularla"

Rzayev Osman Nəriman oğlu

Demokratik.Az

Oxşar xəbərlər