Xəbər lenti
Bütün xəbərlər

Əhəd Abıyevin "direktoru" əsl direktoru döydü - Daşkəsəndə qalmaqal

  • 07 avq 2018, 10:12

Daşkəsən rayonunu dəyərli oxucularımıza xüsusilə tanıtmağa zənnimizcə böyük ehtiyac yoxdu. Bu rayon daha çox faydalı qazıntılar məskəni kimi tanınmağı ilə yanaşı, həm də təbiətinin füsunkarlığı ilə son dövrlər məşhurlaşmış, insanların istirahət üçün tez-tez üz tutduğu bir məkandır. Gur dağ çaylarının, meşələrin,dağların gözəlliyinə qədim alman abidələri də bir gözəllik qatır. Məhz elə bu cür füsunkar təbiətinə görə axır illər bu rayonda bir çox vəzifəli şəxslər özlərinə dəbdəbələ evlər tikir, necə deyərlər,məskən salırlar. Təbiəti etibarilə Daşkəsən rayonunun əhalisi də sakit,qonaqpərvər insanlardır. Əsasən kənd təsərrüfatı ilə məışğul olan sakinlərin burada zəhməti hədsizdir. Bu rayonun əksər kəndlərində təbii qaz olmadığından sakinlər qışda olmazın problemlərlə üzləşməli olurlar. Daşkəsəndə yol problemi də var ki, uzun illərdir həll olunmasını gözləyir. Daşkəsən rayonunun ən boyuk problemlərindən biri,bəlkə də birincisi təhsillə bağlıdır. Bu rayonda məktəblərdə dərsə davamiyyət yox dərəcəsindədir. Bilirsizmi niyə? Yolsuzluqdan,qazsızlıqdan və digər bilmədiyimiz amillərdən.

Bəs bu qədər problemləri olan rayonun İcra Hakimiyyətinin başçısı nə iş görür? Bizdə olan məlumatlara görə rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev vaxtının çox hissəsini Bakı şəhərində keçirir. Daşkəısən rayonu da məhz buna görə problemlərdən qurtula bilmir. Əhəd Abıyevin bir məmur kimi fəaliyyəti məhz Daşkəsən rayonuna təsadüf edir. Uzun illər Milli Məclisə gedib,gələn Əhəd Abıyevin Millət Vəkili kimi fəaliyyətini necə icra edirdisə, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini də məhz eyni qaydada icra edir.Əhəd Abıyev Daşkəsənə işsiz qalmamaq üçün gedib. O hələ də böyük vəzifələr arzusundadır. Onun Milli Məclisdəki qalmaqallı çıxışlarıni dəyərli oxucular yaxşı xatırlayarlar. Əhəd Abıyev indi də Daşkəsən rayonunda qalmaqallı qərarlar qəbul etməkdə,addımlar atmaqdadır.

Ötən həftə Daşkəsən rayonunun Kəmərqaya kəndində baş vermiş bir hadisə bu yazını yazmağa məcbur etdi. Verilən məlumata görə Əhəd Abıyev Təhsil Nazirliyinin razılığı olmadan Tərlan Əsədova adlı bir xanımı bir müddət əvvəl Kəmərqaya kənd orta məktəbinə direktor təyin edib. Sözügedən kənd orta məktəbinin faktiki direktoru Zahid İsmayılovla İcra başçısının təyin etdiyi direktor arasında mübahisə məhkəməyə qədər çıxıb. Məhkəmə Zahid İsmayılovun faktiki olaraq Təhsil Nazirliyi tərəfindən təyin edilmiş direktor olması barədə qərar çıxardıqdan sonra tərəflər arasında gərginlik yaşanıb. Belə ki,ötən həftə Əhəd Abıyevin təyin etdiyi direktor həyat yoldaşı ilə birgə hazırki direktorun evinə gələrək onu döyüblər. Üstəlik verilən məlumatlara görə döyülməsinə baxmayaraq Daşkəsən rayon Polis İdarəsi Zahıd İsmayılovu 20 sutka həbs edib.Kənddə yayılan xəbərlərə görə Ziyad İsmayılovu həbs edilməsini məhz Əhəd Abıyev göstəriş verib.

Məsələyə münasibət bildirməsi üçün Aktualinfo Əhəd Abıyevə zənglər edib, lakin cavabsız qaldığını bildirib. Saytın suallarına cavabında Təhsil Nazirliyinin mətbut xidmətinin rəhbəri Cəsarət Valehov isə məsələdən xəbəri olmadığını, nazirliyə yazılı şəkildə müraciət etməyimizi məsləhət görüb.

Demokratik.Az adıçəkilənlərin söz haqqına hğrmətlə yanaşır.

Demokratik.Az

Oxşar xəbərlər