Yunis Səfərov niyə məhz 3 güllə atıb? - ƏN ÖNƏMLİ FAKT

  • 12 iyul 2018, 23:01

İyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsdin daha bir detalı məlum olub.

"Demokratik.Az"-ın məlumatına görə, tətikci hadisəni törədərkən əlində olan tapançadan yalnız üç güllə ata bilib. Çünki, növbəti tətiyi çəksə də, 4-cü güllə açılmayıb. Hadisə yerində olan şahidlər də bundan sonra onu tərksilah edib.

Bununla aydın olur ki, hadisəni törədən Yunis Səfərovun məqsədi daha çox insan öldürmək olub. Bu fakt özlüyündə güc orqanlarının artıq bəyan etdiyi kimi, hadisənin terror hadisəsi olmasını tam təsdiqləyir.

"Demokratik.Az" olaraq faktı dəqiqləşdirməyə çalışdıq. Gəncədə polisə yaxınlığı olan özəl mənbədən onu da öyrənə bildik ki, tətikcinin üstündə gəzdirdiyi və Kapitalbankın Gəncə filialının mühafizəçisini dəmirlə başından vurmaqla ötən ildən əldə etdiyi həmin tapança ilə yanaşı, onun üzərində 2 güllə darağı - ümumilikdə isə 15 güllə olub. 16-cı gülləni isə, bu ilin yanvarında Elmar Vəliyevi izləyərkən ondan şübhələnən polisi yaralamağa sərf edib. Bu bir daha hadisənin planlı terror aktına işarədir. 

Əlavə məlumat verməyə çalışacağıq...

Demokratik.Az

Oxşar xəbərlər