Xəbər lenti
Bütün xəbərlər

Qarabağa görə daha bir savaş

  • 28 dek 2014, 10:58

Ermənistanı rəhbərinin kriminal şəxs olması gələcəkdə sülh yox, müharibəyə zəmanət veir.

ANS PRESS-in məlumatına görə, bu sözlər Ermənistanın lragir portalında dərc edilmiş məqalənin əsas məğzidir. Portal Ermənistan rəhbərliyinin ölkəni yarıtmaz idarə etməsinin nəticəsi olaraq müharibənin labüd olduğunu bildirir. Erməni saytı Azərbaycanla Qarabağ uğrunda müharibənin qaçılmaz olduğunu yazır.

"Ancaq bu dəfə müharibəni iki cəbhədə aparmağa məcbur olacağıq. Birinci cəbhədə xarici düşmənə, ikinci cəbhədə isə yerli düşmənə qarşı döyüşəcəyik. Ölkəni fəlakət astanasına gətirənlərlə mübarizə çətin olacaq", - deyə məqalədə qeyd olunur.

Qeyd edək ki, erməni portalı Ermənistan rəhbərliyinin ölkədə baş qaldırmış narazılıqdan fikri yayındırmaq üçün cəbhədə təxribat yaradaraq uğur qazanmağı və buna əksər hallarda nail olmadığı haqda mütəmadi yazır.

Təkcə bu gün yayılan məlumatda cəbhədə düşmənin kəşfiyyat-təxribat qrupunun üzvünün ələ keçirdiyi bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.

Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

 

 

Demokratik.Az

Oxşar xəbərlər