Mingəçevirdə baş verən yanğın təxribatdır? – CAVAB

  • 03 iyul 2018, 14:28

3 iyul gecəsi bütün ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problem özü ilə müxtəlif suallar da gətirir.

Bəziləri təxribat ehtimalını diqqətə çatdırır. 2014-cü ildə düşmənin Müdafiə Naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi hədə də bu fikirlərin çoxalmasına səbəb olur.

Son zamanlar ölkə ərazisində yanğınların da sayı çoxalıb və bütün ölkə ərazisində bir gecə işığın olmamağı bəziləri üçün təxribat qoxusu kimi gəlir.

Minval.info saytının əməkdaşı deputat, Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Zahid Orucla təxribat ehtimalları üzərində danışıb."Biz düşünməliyik ki, müharibə şəraitində hansı çətinliklər üzə çıxa bilər. Bu gün ölkənin təhlükəsizlik sisteminə aid olan qurğular elektronika əsaslıdır. Ağır silahlı əməliyyatlar zamanı düşməndən bu cür təxribatlar gözləmək olar, Mingəçevir su hövzəsinə də, hava məkanına da, digər strateji obyektlərə də zərər vurmaq istəyə bilərlər. Amma Prezident, Ali Baş Komandan İlham Əliyev bəyan edib ki, bu yöndə tədbirlərin nəticəsində belə təxribat ehtimallarının qarşısı demək olar ki, tamamilə alınıb.

Zahid Oruc

Bəlkə də, 7-10 il əvvəl bu iddiaların gerçəkləşə biləcəyini düşünmək olardı. Hər bir məsələ ölkənin məxfi xidmət orqanlarının araşdırmalarında yer alır”.

Komitə sədri həmçinin, qeyd edib ki, hadisəni obyektiv qiymətləndirdikdə, rəsmi açıqlamalara inanmamaq mümkün deyil:

"Ancaq obyektiv əsaslara diqqət yetirmək lazımdır. Bu hadisə elə bir hava şəraitində baş verib ki, həqiqətən də, yüklənmənin pik nöqtəyə çatdığını görməmək mümkün deyil.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü kimi mən rəsmi orqanların açıqlamaları üzərində durmağın tərəfindəyəm. Bu öz-özlüyündə cəmiyyətdəki hər hansı bir panikanın qarşısını almağa kömək edə bilər.

Təxribat mənbələrinin gəlib Mingəçevirə qədər çıxdığını iddia etmək düşmən qüvvələrinin gücünü şişirtməyə xidmət edir. Dövlət tərəfindən bu məsələ diqqətlə saxlanılacaq, araşdırmalar aparılacaq. Ancaq bunu düşmən təxribatı kimi qələmə verməyimiz üçün heç bir əsas yoxdur”.

Demokratik.Az

Oxşar xəbərlər