Şəmkirdən Ankaraya uzanan insan alveri ÇETESİ - ŞOK

  • 26 may 2018, 20:56

"Demokratik.Az"-a Azərbaycanda fəaliyyət göstərən, insan alveri ilə məşğul olan böyük bir cinayətkar şəbəkənin varlığı barədə bilgilər daxil olub. Əldə etdiyimiz məlumatlara görə, ÇETE əsasən Şəmkir rayonunun Yuxarı Seyfəli və Kür qəsəbəsindən olan xanımları özlərinə qurban edə bilib. Tranzit çete Azərbaycandan Türkiyənin paytaxtı Ankara şəhərinə - "AKSAYAR" ərazisindəki məkanlara qədər uzanır. Məhz Ankarada priton olaraq tanınmış məkan sahibləri, əslən türk olan bir neçə şəxsin Şəmkir rayonunda yaşayan yerli qadınlarla (sutinyorlarla-red) əlbir olması bu işi mütəşəkkil edir. Şirnikləndirici və parlaq həyat tərzi vəd verilməklə illərdir ki, onlarla xanım Türkiyədə fahişəliyə cəlb olunub. Dəhşət doğuracaq əməl isə odur ki, Şəmkirdəki qadın alverçilərindən biri bu biabırçı işə əvvəlcə öz doğma bacısı qızlarını cəlb etməklə başlayıb.

Mənbənin bildirdiyinə görə, hazırda qadın satmaqla məşğul olanlar (adlar bizə məlumdur-red) özləri də Şəmkir sakinləri tərəfindən yüngül əxlaqlı qadınlar kimi tanınıblar. Hazırda Türkiyədə Ramazan ayı olduğundan məkanların fəaliyyətinin müvəqqəti qapandığı deyilir. Şok xəbər isə, azərbaycanlı qadınları Ankaraya aparmaqla onları pul müqabilində cinsi istismara məruz qoyan türkiyəli məkan sahiblərinin bir neçəsinin hazırda Şəmkirdə olmalarıdır.

Bu barədə saytımıza danışan mənbə bildirir ki, onlar Şəmkirə yerli işbazların növbəti dəvəti ilə gəliblər. Cinayətkar dəstə artıq yeni qurbanlar da tapıb, qadınları Türkiyəyə çıxarmaq üçün onlara "ASAN" Xidmət Mərkəzi tərəfindən xarici pasportun alınması işi də təşkil olunub.

Hələlik onu da bildirək ki, qadın sutinyorlardan biri ötən il Türkiyə Məhkəməsi tərəfindən ölkəyə girişi qadağan edilsə də, son aylarda dəfələrlə Azərbaycan-Türkiyə sərhədlərini yasaq yollarla keçməyə müvəffəq ola bilib. 

"Demokratik.Az" saytı olaraq aidiyyatı hüquq mühafizə orqanlarına yuxarıda sadalanan faktlar üzrə daha səhih bilgiləri, yazıda adlarını çəkmədiyimiz türk və azərbaycanlı qadın alverçilərinin və zərərçəmişlərin kimlikləri barədə məlumat verməyə hazır olduğumuzu bəyan edirik.

Əlavə araşdırmalar aparırıq və bir sıra məlumatları dəqiqləşdirdikdən sonra oxucularımıza daha ətraflı yazı təqdim etməyə çalışacağıq... 

Demokratik.Az 


 

Oxşar xəbərlər