Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Heydər Əsədovun adamları "vurulur" - yeni nazir "özkomanda" formalaşdırır
Heydər Əsədovun adamları "vurulur" - yeni nazir "özkomanda" formalaşdırır
- 26 apr 2018, 10:48
Bu günlərdə kənd təsərrüfatı naziri təyin edilmiş İnam Kərimov daha 4 təyinat həyata keçirib.
Teleqraf.com xəbər verir ki, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.
Qeyd edək ki, bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov təyin edilmişdi.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti