Demokratik TV
Xəbər lenti
Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi
- 24 apr 2018, 20:15
"Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.
Report-un xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
O xatırladıb ki, prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: "Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.
Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: "Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Daha bir deputat komitə sədri oldu
Ramiz Mehdiyev sərəncam imzaladı
Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib
Ramiz Mehdiyev Cəlal Əliyevin vida mərasimində - FOTOLAR
Nazim İbrahimovun biznesmen qızı nişanlandı
Prezident daha 6 nazir təyin edib – TAM SİYAHI
Ramiz Mehdiyev yeni nazirlərdən danışdı - VİDEO
İkinci təyinat partiyası – gənclər irəli çıxdı, kabinet gəncləşdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti