Xəbər lenti
Bütün xəbərlər

Ölkədə prokuror islahatı

  • 24 noy 2014, 21:12

Azərbaycanda bir neçə rayonun prokuroru dəyişdirilib. Demokratik.Az saytı xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğun idarə rəisinin müavini Əli Abdullayev tutduğu vəzifədən azad edilərək Zaqatala rayonun prokuroru, Beyləqan rayon prokuroru Muxtar Eminov Göyçay rayon prokuroru, Göyçay rayon prokuroru Fuad Məmmədov Goranboy rayon prokuroru, Saatlı rayon prokuroru Tariyel Ələkbərov Cəlilabad rayon prokuroru, Zəngilan rayon prokuroru Azər Osmanov isə Beyləqan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

 

Demokratik.Az

Oxşar xəbərlər