Şirvanda polis mayoru özünü gündəmə gətirdi - "Мой дедушка майор"

  • 13 mart 2018, 13:28

 

 

 

 

 

Şirvan şəhər Polis idarəsinin yüksək çinli zabiti, polis mayoru Rəhim Məmmədovun özbaşınalığı və hiddət doğuran hərəkətləri barədə xəbər yayılıb.

"Demokratik.Az"ın məlumatına görə, hazırda Şirvan Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi olan Rəhim Məmmədov xidməti avtomobilini oğlunun istismarına verib və həmin minik vasitəsindən qeyri qanuni işlərdə istifadə edir. 

Bu barədə məlumatı ötən gün Şirvanda olan MİP.az saytının əməkdaşları əldə edib. Jurnalistlərin kameralarına təsadüfən tuş gələn kadrlarda mayor Məmmədov ona verilmiş xidməti avtomobilində qanunsuz yük daşıdığı aydın görünür. Ortada 99 AP 273 dövlət nömrə nişanlı xidməti polis avtomaşında lambirin daşınması faktı var.


 

"Мой дедушка майор" - uşaq bağçasında şok təbliğat!


"Demokratik.Az" yayılan məlumatlara əsasən onu da bildirir ki, Şirvan PŞ-nin mayoru R.Məmməmədov özünü təbliğlə də məşğuldur. Yalnız o bu lazımsız və ancaq təkəbbür və yekəxanalıq ifadə edən, yüksək vəzifəli bir polis zabitinə heç də başucalığı gətirməyən işdə nəvəsindən istifadə edir. Belə ki, baba nəvəsinin köynəyinə öz rütbəli şəkilini vurdurmaqla uşaq bağçasında özünün mayor alduğunu reklam edir. Nəvənin koftasında belə yazılıb : "Мой дедушка майор" (mənim babam mayordur-red)




"Demokratik.Az" qarşı tərəfin məsələyə münasibətini öyrənmək üçün "mayor baba"-nın mobil telefonuna (050-333-97-84) zəng edib. Polis mayoru bizi dinlədikdən sonra suallarımızı belə cavablandırıb - "Mən heç nə bilmirəm". Qısa "cavab"ından dərhal sonra isə "дедушка майор" bizimlə əlaqəni kəsdi.

Sonda, maraqlıdır. Görəsən Şirvan Polis İdarəsinin şöbə rəisi R.Məmmədov bu kimi hərəkətlərinə aidiyyatı şəxslər qarşısında necə aydınlıq gətirəcək? Onlara da "bilmirəm" deyəcək? 

 

"Demokratik.Az"

Oxşar xəbərlər