Bəylər Eyyubovun bacısı oğlu general-mayor rütbəsinə yüksəlib

  • 12 fev 2018, 20:33

Bugün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsini daşıyan polkovnik Mayıl Seminar oğlu Şahverdiyev general-mayor ali hərbi rütbəsinə yüksəlib.

Ölkə başçısının sərəncamında Mayıl Seminar oğlu Şahverdiyevə general-mayor ali hərbi rütbəsi verilməsi öz əksini tapıb. 

Demokratik.Az-ın məlumatına görə, Mayıl Şahverdiyev əvvəllər Göygöl Hərbi Komissarı və SHXÇDX-nin Göygöl şöbəsinin rəisi vəzifələrini daşıyıb. Daha sonra, 2017-ci il oktyabrın 23-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

Onu da bildirək ki, M. Şahverdiyev Prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general - polkovnik cənab Bəylər Eyyubovun bacısı oğludur. O, 2015-ci ilin məhz bu günündə prezidentin sərəncamı ilə "Hərbi xidmətlərə görə” medalına da layiq görülüb.

Xatırladaq ki, sabah "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti"nin yaradılmasının 6-cı ildönümüdür.

 

Demokratik.Az


Oxşar xəbərlər