Xəbər lenti
Bütün xəbərlər

Hüseynqulu Bağırov MÜŞAVİRƏ keçirib– Foto

  • 07 fev 2018, 08:39

Demokratik.Az bildirir ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müşavirə keçirilib. Bu barədə nazirliyin rəsmi saytında xəbər yerləşdirilib. Müşavirədə nazir Hüseynqulu Bağırov çıxış edib, görülən işləri sadalayıb.

Daha sonra tədbirdə çıxış edənlərin görülmüş işlər barədə hesabatları dinlənilib.

Müşavirədə, həmçinin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi üçün atılacaq konkret addımlar təhlil olunub, proqramda aidiyyəti üzrə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin tam şəkildə keyfiyyətlə və vaxtında başa çatdırılması üçün zəruri işlərin görülməsi barədə müvafiq göstərişlər verilib.

Tədbirin sonunda ölkə Başçısının "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin görəcəyi işlər müzakirə olunaraq istiqamətlər müəyyənləşdirilib.

Oxşar xəbərlər