Onlar "Dirçəliş Günü” nü belə xatırlayır - Gəncədə danışdılar
Tanınmış
siyasətçi, hazırda Ümid Partiyasının Gəncə şəhər təşkilatının sədri Salman
İmanlı "Dirçəliş Günü”nü belə xatırlayır: ”Həmin gün bütün azərbaycanlıların həyatında
olduğu kimi, mənim də həyatımda dönüş günü olub. Xalq hərəkatının liderləri
Bakıda milli oyanışa rəhbərlik edir, biz də inqilablar şəhərində - Gəncədə bu
prosesə dəstək verməyə çalışırdıq. Həmin dönəmdə şəhərin vətənpərvərləri bir
araya toplaşmağa başlamışdı. Xüsusilə tələbələrin aktivliyini xatırlayıram. Həmin
gün gəncəlilər paytaxtın müstəqillik sədalarından ruhlanaraq, yerli milli
oyanışın təməlini qoydular. Nəticədə bir neçə gün sonra hərəkatın fəal üzvləri Məhəmməd
Əmrahovla İlham Zakiroğlu inzibati binanın damına çıxaraq SSRİ bayrağını yırtıb
atmışdılar, yerinə də üçrəngli bayrağımızı asmşdılar. Bu qürurverici hadisə
idi. Mənə görə, 17 noyabr müasir Azərbaycanın azadlıq eşqindən doğan və bundan
sonra daim gələcəyimizi nurlandıracaq bir günəşdir.
"Demokratik.Az" saytı Gəncədə bayraqdar kimi tanınan Məhəmməd Əmrahovun da fikirlərini alıb. Bayraqdar bildirib ki, 17 noyabr dirçəliş günü inqilablar şəhərinə - Gəncəyə öz müsbət töhfəsini verib. "Ölkənin ikinci böyük şəhərində həmin hadisələr elə sürətlə alovlanmağa başlamışdı ki, o vaxtki sovet qoşunu da əliyalın əhalidən qorxmağa başlamışdı. Noyabr hadisələrində Gəncə İH önündə izdiham var idi. Mən dostum Vüqarla və bir neçə gənclə "azadlıq - azadlıq", qışqıra qışqıra şəhərin mərkəzi icrayə binasının damına çıxdıq. Özümüzlə üçrəngli bayrağımızı götürmüşdük. Köhnə rus bayrağını dirəkdən qopardıb cırdıq atdıq bir kənara, bayrağımızı yerinə asdıq. Bayraq havada uçaraq o vaxtki rustərəst Bağır Bağırovun başına düşmüşdü. Yuxarıdan meydana boylandıq ki, hamı dalğalanan doğma bayrağımıza baxıb bir az daha coşdu və həmin gün mənim ən xoşbəxt günüm oldu. 17 noyabr-Dirçəliş Günü bizim xalqın anlı-şanlı tarixidir".
Həmin
günlərin canlı şahidi və iştirakçılarından biri də Vidadi Səməndovdur. "Demokratik.Az”-a
danışan Səməndov o illərdə tələbə olduğunu deyir: ”tələbə olduğuma görə,
düşünürəm ki. "Meydan Hərəkatı”nda xüsusən gənclərin iştirakı təmin
olunurdu. Bakının bütün Universitetlərində tələbələr arasında güclü ideoloji təşkilatlanma
prosesi gedirdi. Mən o günə boylananda özümü inqilabçı kimi görürəm, çünki hamı
kimi mən də 70 illik repressiv sovet müstəmləkəçiliyindən azad olmaq üçün yola
çıxmışdım. Həmin ilin noyabrında meydan hərəkatında məlum liderlərin
çıxışlarının şahidi olmuşam. Deyim ki, hərəkata kortəbii qoşulmuşdum, əsla yox.
Mən 1918-ci ildə əldə etdiyimiz Demokratik Xalq Cümhuriyyətinin tarixini yaxşı
bilirdim. O gündən bu yana, mənim üçün millət vətən sevgisi yaşam meyarımdır.
Milli mənafeyimiz mənə görə hər şeydən üstündür. Müstəqilliyimizi isə nəyin
bahasına olursa olsun qoruyub saxlamalıyıq. 17 noyabrdan başlayan "Meydan Hərəkatı”nı
milli ideoloji Akademiya adlandırardım. Məhz həmin gün müasir Azərbaycan
tarixinə və xalqımıza tanış olan parlaq tarixi şəxsiyyətlər yetirib. "Milli
Dirçəliş” günümüz və müstəqilliyimiz var olsun!!!
Demokratik.Az olaraq hər kəsi Milli Dirçəliş Günü münasibətilə təbrik edirik.
Demokratik.Az
