Daşkəsəndə abadlıq işləri dayanmır - fotolar

  • 12 okt 2017, 14:55

DAŞKƏSƏN ŞƏHƏRİNDƏ SON GÜNLƏR ƏLVERİŞSİZ İQLİM ŞƏRAİTİNİN VURDUĞU ZİYANLARIN ARADAN QALDIRILMASI MƏQSƏDİLƏ 12 OKTYABRDA ABADLIQ-BƏRPA İŞLƏRİ HƏYAT KEÇİRİLİB.

 

            Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət Başçısının qarşıda duran vəzifələrlə bağlı nitqindən irəli gələn məsələlərlə əlaqədar olaraq Daşkəsən rayonunda sosial-iqtisadi, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətində qərargah yaradılmış, bir çox işlər görülməyə başlanmışdır.

Cəbhə bölgəsində yerləşən, strateji əhəmiyyətli Daşkəsən rayonunun mürəkkəb coğrafi relyefi, soyuq, sərt iqlim şəraiti olduğu üçün son günlər rayon ərazisində baş vermiş intensiv dolu, leysan yağışları, dağlarda qar və külək ilə müşayiət olunan əlverişsiz təbiət hadisələri nəticəsində sel-suları Daşkəsən şəhərindəki su tutucu, ötürücü quyuları, kanalları yararsız hala salmış, şəhərin yolları, yol kənarı istinad divarlarının bir çox hissələri uçaraq dağılmış, beton bordürlərin, səkilərin tomet üzlük daşları, yaşayış binalarının fasadları, ümumiyyətlə şəhərin infrastrukturu tam yararsız vəziyyətə düşərək şəhər sakinlərinin yaşayış şəraitini çətinləşdirmişdir.

Yaranmış son günlər hazırkı real vəziyyətlə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti öz daxili imkanları hesabına şəhərdə abadlıq-quruculuq və ən əsası şəhərin dağılmış yollarının yeni asfalt örtüyü salınmaqla təmir-bərpa işlərini həyata keçirir.

Demokratik.Az bildirir ki, bu gün, oktyabrın 12-də əlverişsiz hava şəraitinin olmasına, yağışın yağmasına baxmayaraq, maşın-mexanizmlər çətinliklə də olsa, Daşkəsən şəhərinin küçələrində yeni asfalt örtüyünün salınmasına başlamışdır.  Asfaltlaşma, o cümlədən təbiət hadisələrinin doğurduğu təbii fəlakətlər nəticəsində Daşkəsən şəhərinin ərazisinə dəymiş ziyanların aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri böyük ruh yüksəkliyi ilə davam etdirilir, qışa hazırlıq işləri də görülür.

2018-ci ilin mart ayında Daşkəsən şəhərinin salınmasının 70 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlərin təntənəli, yüksək səviyyədə təşkil edilməsinə də hazırlıq işləri aparılır.

"Demokratik.Az"-a Daşkəsən RİH tərəfindən verilən açıqlamada qeyd olunur ki, "Müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin "Yol iqtisadiyyatdır, mədəniyyətdir, bir sözlə həyat deməkdir” tarixi kəlamı, devizi ilə və buna bariz nümunə olaraq ölkəmizdə uğurlu islahatların aparılması, xüsusilə avtomobil yollarının çəkilişinə bu gün Daşkəsən şəhərində yolların təmir-bərpasının özü də bir nümunədir".

Daha sonra bildirilir: "Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən sonra da biz daşkəsənlilər əmin edirik ki, Rayon İcra Hakimiyyəti olaraq rayon sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi və müstəqil Azərbaycan Respublikasının bütün sahələrdə olan inkişafına və sabitliyinin qorunmasına xidmət edərək rayonumuzun çətin, mürəkkəb coğrafi relyefi və sərt iqlim şəraitinə baxmayaraq, ölkə Rəhbərinin tapşırıq və tövsiyələrini, qarşıda duran vəzifələri daim rayonumuzda yerinə yetirəcək, bu yolda var-qüvvəmizi əsirgəməyəcəyik.

 

Bu gün Daşkəsən rayonunda görülən işlərə görə bütün daşkəsənlilər adından göstərdiyi ali diqqət və qayğıya görə bir daha da Dövlət Başçımıza öz dərin minnətdarlığımızı və xoş arzularımızı bildiririk". 







 

          

             

 

 

Oxşar xəbərlər