Bolqarıstan lideri və xanımı Bakıda - fotolar

  • 13 okt 2017, 14:27

Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.

Demokratik.Az AzerTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar. 

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər. 

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər. 

***

Oktyabrın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.




 

Oxşar xəbərlər