“İmamzadə”yə 5 milyon da ayrıldı

  • 05 noy 2014, 20:04

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında sərəncam imzalayıb.

Demokratik.Az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılsın.
Bildirək ki,hələ bir neçə il öncə də möhtərəm prezident cənab İlham Əliyevin sərəncamı ilə Gəncə İmamzadə Ziyarətgahına 3 milyon manat ayrılmışdı.
Bütün bunlar təbii ki,ölkə başçısının dinimizə olan rəğbətindən irəli gəlir...