Fransa səfirliyi milli bayramını qeyd etdi

  • 14 iyul 2017, 21:53

Bu gün Fransanın Azərbaycandakı səfirliyi hər il 14 iyul tarixində olduğu kimi, Bastiliyanın alınması günü münasibətilə geniş tədbir keçirdi.

Azərbaycanın siyasət, media nümayəndələrinin, habelə diplomatik korpus nümayəndələrinin də qatıldığı, Hyatt Regency otelində baş tutan tədbir xanım səfir Orelia Buşezin çıxışı ilə başladı. Xanım səfir Azərbaycan-Fransa münasibətlərinin vacibliyinə diqqət çəkərək, onun müxtəlif sahələr üzrə inkişafından danışdı. Ölkələr arasındakı münasibətlərin 19-cu əsrdən başlandığını deyən xanım səfir bu dövr ərzində ölkələr arasında baş tutan siyasi, iqtisadi layihələrin önəmini vurğuladı. Xüsusən təhsil sahəsində əldə edilən uğurları yada salan xanım Buşez gənclərimizin Fransada təhsili üçün geniş perspektivlər qazandığını dedi.

Daha sonra çıxış edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev də hər iki ölkə arasında iqtisadi sahədə əldə edilmiş uğurlardan danışdı. O, Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin sayının ildən-ilə artdığını və perspektiv üçün hər cür əməkdaşlığa açıq olduğunu dedi.

Tədbir daha sonra ziyafətlə davam etdi.


Sevinc, musavat.com

Oxşar xəbərlər