Xəbər lenti
Bütün xəbərlər

Gəncədə məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın

  • 24 okt 2014, 21:37

Demokratik.Az-a son dəqiqələrdə daxil olan məlumatlarda bildirilir ki, Gəncə şəhərində 3 saylı Peşə liseyinin yataqxanasında yanğın baş verib.

Nizami prospekti ilə Xətai prospektinin kəsişməsində yerləşən 5 mərtəbəli yataqxananın dam örtüyündə başlayan şiddətli yanğını FHN-nin yanğınsöndürən briqadası söndürməyə çalışır.Yarım saatdan artıqdır davam edən şiddətli yanğını hələ də söndürmək mümkün olmayıb.
Həmin binada məcburi köçkünlər məskunlaşıb.Onlar hadisə yerindən evakuasiya olunub.Hadisənən hansı səbəbdən törəməsi hələlik deyilmir.Qeyd edək ki,həmin binanın məcburi köçkünlər tərəfindən tam boşaldəlması gözlənilirdi.Mövzu diqqətimizdədir.

 

Demokratik.Az

Oxşar xəbərlər