Demokratik TV
Xəbər lenti
"Məscidin sökülməsi dayandırıldı"
- 12 apr 2017, 17:41
APA-nın məlumatına görə, bunu Bakının "Sovetski” adlanan ərazisində "Hacı Cavad" məscidinin söküntüsü ilə bağlı məsələyə münasibət bildirən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib.

İ. Mehdiyev qeyd edib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, hazırda "Sovetski" adlanan ərazidə abadlıq-quruculuq işləri aparılır, yol infrastrukturu yenilənir: "Bu bina da plana düşüb, sökülməlidir. Rəhbərlik də tapşırdı ki, binanın söküntüsünü hələlik dayandıraq, yeni məscidin tikilməsi üçün yer müəyyənləşdirilsin, sonra söküntü aparılsın. Onu da qeyd edim ki, belə binalar Rayon İcra Hakimiyyətinin tabeliyində deyil. Bir məscid kimi mövcud olmadığı üçün Dövlət Komitəsinə, tarixi bina olmadığı üçün də Mədəniyyət və Turizm Nazirliyinə hər hansı aidiyyatı yoxdur. Məsləhət gördüm ki, dövlət məscidin tikintisinin dayandırılmasını tapşırıbsa, icma üzvləri də aidiyyəti qurumlara müraciət etsinlər. Onlar da bununla razılaşdılar”.
Qeyd edək ki, bu gün Bakının "Sovetski” adlanan ərazisində "Hacı Cavad" məscidinin söküntüsü bir qrup şəxs tərəfindən narazılıqla qarşılanıb.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti