Xəbər lenti
Bütün xəbərlər

Avropa Gənclər Paytaxtı Gəncə yeni uğurlara imza atır

  • 17 okt 2014, 16:13
Demokratik.Az xəbər verir ki,"Gəncə 2016 AGP” AvropaŞurasında Avropa Gənclər Paytaxtlarının sərgisində uğurla təmsil olunub.

Konqresin plenar iclası 14-16 oktyabr 2014-cü il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Konqresinin Yerli və Regional hakimiyyətləriŞurasının təşkilatçılığı keçirilib. Avropa Gənclər Forumu və Avropa Gənclər Paytaxtlarının iştirakı ilə keçiriləcək Konqresin 27-ci sessiyasında 2016-cıilin Avropa Gənclər Paytaxtı Gəncə şəhəri də yaxından iştirak edib.

Nizami yurdunu iclasda Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Mikayıl Zeynalov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, "Gəncə 2016 Avropa Gənclər Paytaxtı” İB-nin sədri Elmir Vəliyev və "Gəncə 2016 Avropa Gənclər Paytaxtı” İB-nin üzvü Aysun Zeynalova təmsil ediblər.

Konqresin 27-ci sessiyasında regionlararası əməkdaşlıq, demokratiyanın qurulmasında mətbuatın rolu, əlil insanların sosial həyata inteqrasiyası, onlar üçün bərabər imkanların yaradılması kimi əhəmiyyətli mövzular ətrafında fikir mübadilələri aparılıb.

Sessiya ərəfəsində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ziyafət təşkil olunub. Bu ziyafət zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Mikayıl Zeynalov geniş nitqləçıxış edib.

Bundan əlavə nümayəndələr bu müddət ərzində Gəncə şəhərinin 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilməsi münasibəti ilə Avropa Şurasının əsas binasında digər Avropa Gənclər Paytaxtları və Avropa Gənclər Forumu ilə birgə sərgidəiştirak ediblər. "Gəncə 2016 AGP” Avropa Şurasında Avropa Gənclər Paytaxtlarının sərgisində uğurla təmsil olunub.

 

Demokratik.Az