Xəbər lenti
Bütün xəbərlər

Qulu Məhərrəmli "AzTV-ni suçladı"

  • 06 okt 2014, 19:17

Qulu Məhərrəmli: "Dövlət AzTV-ni güclü texniki baza ilə təmin edib"

Qulu Məhərrəmli İTV-ni AzTV-nin yedəyinə qoşulmuş telekenal hesab edir… 

ANS xəbər xidmətinin səviyyəsini saxlamağa, standartlari qorumağa, xəbər mənbələrini artırmağa, texniki parametrləri yaxşılaşdırmağa calışır

Bu gün ölkə telekanallarının çox ciddi nəzarət altında olduğu və az qala siyasi məsələlərdə hər cümlənin hesabı verildiyi indiki reallıqlar çərçivəsində diqqətçəkən başqa bir məqam a var. O da ANS telekanalının digərlərindən nəzərəçarpacaq dərəcədə ərqlənməsidri. Görünən odur ki, ANS digər telekanallara nisbətən xaricdəki büroları əla texniki avadanlıqlarla təchiz edib və dünyanın 4 bir yanından operativ xəbərləri elə çatdırır ki, elə bil Türkiyə-Suriya sərhəddində və ya Vaşinqtonda deyil, Sabunçudan canlı bağlantı aparılır.

 Amma o biri özəl telekanalları kənara qoysaq, dövlətdən külli miqdarda para alan AzTV və İTV kimi imkanlı telekanallar rayonlardan reportajları elə verirlər ki, tamaşaçı heç nə eşidə bilmir…

Axı hansı məntiqlə o biri televiziyalar bu boyda pulları havaya sovursalar da tamaşaçının əsəbləriylə oynayırlar? Bir sözlə, ANS-lə digər telekenallar arasındakı peşəkarlıq müqayisəyəgəlməzdir. Görəsən burada rəhbərliyin mağmınlığı daha çox rol oynayır, yoxsa jurnalistin səriştəsizliyi?

Teletənqidçi professor Qulu Məhərəmli də Moderator.az-ın bu qənaətini bölüşür:

«Bütün məhdudiyyət və çətinliklərə baxmayaraq, ANS xəbər xidmətinin səviyyəsini saxlamağa, standartlari qorumağa, xəbər mənbələrini artırmağa, texniki parametrləri yaxşılaşdırmağa calışır. Xəzər TV-nin bir neçə il əvvəl efir məkanımıza gətirdiyi yeni xəbər ab-havasından sonra ATV, son dovrlərdə isə Lider TV xəbər yayımını yaxşılaşdırıb. Məzmun məhdudiyyətinə, balans zəifliyinə, alternativ fikrin qeybə çəkilməsinə baxmayaraq bu TV-lər tamaşaçı üçün çalışırlar. Təəssüf ki, dövlət büdcəsindən 40 milyon manata yaxin vəsait alan AzTV və indi onun yedəyinə qoşulmuş ITV haqqında bu sözləri söyləmək mümkün deyil. Dövlət AzTV-ni güclü texniki baza ilə təmin edib, lakin həmin texnika ilə dəyərsiz proqramlar çəkilir. Səbəbi odur ki, burada yaradıcı menecment düzgün qurulmayıb, sükan fərsiz adamların əlindədir. Belə şəraitdə ən  peşəkar adamlar da səriştəsiz kimi görünürlər.»

Oxşar xəbərlər