Cavid Qurbanov da qiyməti qaldırır- "söz verdi":

  • 29 noy 2016, 12:19
Ölkədə rəsmi qiymət artımları davam edir. Daha bir vəd Cavid Qurbanovdan gəldi: "Dəmir yollarında da qiymətlər qalxacaq”.

Demokratik.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, millət vəkili Cavid Qurbanov deyib.

Qurum rəhbəri reallaşacaq qiymət artımını QSC-nin hər ay işığa görə, 1 milyon 300 min manat pul ödəməsilə izah edib.

O, vurğulayıb ki, elektrik enerjisinin qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı olacaq.
 
Demokratik.Az
Oxşar xəbərlər