Xəbər lenti
Bütün xəbərlər

"Zəfər çox yaxında - Şuşada, Laçındadır" - VİDEO

  • 09 apr 2016, 22:50

 

Oqtay Əbil oğlu Həziyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakinidir.


Onun doğulduğu kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü ilin əvvəlində ordumuz tərəfindən keçirilən Horadiz əməliyyatı zamanı azad olunub. Həmin vaxtdan doğma kəndinə qayıdan Oqtay Həziyev orada yaşamağa başlayır.

Bir neçə gün öncə Azərbaycan ordusu tərəfindən azad edilən Lələtəpə yüksəkliyindən Cocuq Mərcanlının mütəmadi atəşə tutulması Həziyevlər ailəsini doğma kəndindən çıxıb getməyə vadar edə bilməyib. Oqtay Həziyev indi ordumuzun zəfəri ilə fəxr edir. "Fəxr ediləsi bir ordumuz var. Mən hər bir şəhidimizin qarşısında baş əyib, diz çökürəm. Onlara Allahdan rəhmət diləyirəm. Qalan oğlanlarımızın Allah canını sağ eləsin. Mən inanıram və adım kimi də əminəm ki, zəfər çox yaxında - Şuşada, Laçındadır, Allah qoysa", - deyə Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev bildirib.

Oqtay Həziyevin həmkəndliləri də deyirlər ki, bu ərazilər gündüz vaxtları daha çox təhlükəli olub. Ermənilər Cocuq Mərcanlıda hərəkət edən hər bir canlıya atəş açıblar. Lakin indi kənddə sərbəst hərəkət etmək daha asandır.

"Lələtəpə deyilən o yüksəklik erməninin əlində olduğuna görə biz burada gündüzlər çox çətinlik çəkirdik. İşləyə bilmirdik, çox vaxt gecələr işləyirdik. Lələtəpə rəşadətli ordumuz tərəfindən alındıqdan sonra, indi Cocuq Mərcanlı kəndindən düz Beyləqan rayonuna qədər Arazboyu olan kəndlər hamısı təhlükədən azad olmuşdur",- deyə kənd sakini Nurəddin Bayramov vurğulayıb. Respublikanın bir çox şəhər və rayonlarında məskunlaşan Çocuq Mərcanlı sakinləri indi öz evlərini bərpa edərək geri dönmək niyətindədirlər.\El TV (Region TV).
Oxşar xəbərlər