Fazil Mustafa: “Himnimizdə nöqsanlar var”

  • 31 mart 2016, 21:10
Azərbaycanın dövlət himni milli və tarixi dəyərimizdir və onu qətiyyən aşağılamaq, gözdən salmaq olmaz.
 
Axar.az xəbər verir ki, bu haqda millət vəkili Fazil Mustafa yazıb. Deputat bildirib ki, himni təhlil etmək, başqa himnlərlə müqayisə etmək olar:
 
"Bunu dəfələrlə yazdığıma görə bildirirəm ki, himnin həm musiqisində, həm ifa vaxtında, həm də sözlərində müəyyən nöqsanlar var. Bu da ifa zamanı müəyyən çətinliklər yaradır. Xüsusilə sonluqda dörd dəfə Azərbaycan sözünün səslənişində bu ahəngi qorumaq asan olmur. Himni musiqisiz oxuyarkən kollektiv ahəngi qorumaq xeyli çətinləşir. Vaxt baxımından da ən azı bir dəqiqə artıq səslənir. Sözlərində də lüzumsuz təkrarlar var. Minor və ya major olması elə də əhəmiyyət daşımır, ideyası, peşəkar mətn və musiqinin vaxt standartına uyğunlaşdırılması zəruridir. Subyektiv mövqeyim budur ki, Güney Azərbaycan muxtariyyətinin (1945-1946) himni digər himnlərimizdən daha cəlbedicidir. Bununla belə indiki durumda himn məsələsinin gündəmə gətirilməsi aktual deyil. Qəbul olunduğu kimi də insanlar tərəfindən mənimsənilibsə, bu mövzuda geniş polemika açmağa zərurət görmürəm”.
 
Qeyd edək ki, ötən gün Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə himnimizin minorda olmasını, bədbinlik gətirdiyini vurğulayıb.
 
Demokratik.Az
Oxşar xəbərlər