İngilislərə boks dərsi keçən həmyerlimiz kimdir?

  • 11 mart 2016, 21:03

Boks üzrə İngiltərə yığma komandasının məşqçisi Emin Hüseynovdan jurnalist Elnur Eltürk  arasınsda maraqlı müsahibə alıb.Demokratik.Az müsahibəni təqdim edir.

- Emin bəy, bir qədər oxucularımıza özünü haqqında məlumat verəsiniz...

- İşlərimlə əlaqədar olaraq 1996-ci ildə Polşa dövlətinə getdim. 2000-ci ildə orada boks klubu açdım. 2009-cu ildən 2013-cü ilə qədər Polşa yığma komandasında məşqçi kimi fəaliyyət göstərdim.

Həmin komandanı 2010-cu ildə Bakıda təşkil edilən Dünya Birinciliyinə gətirdim. Həmin birincilikdə 54 kq arasında olan mübarizədə idmançım bürünc medal qazandı. Bununla da idmançım Sinqapurda keçirilən Gənclər Olimpiyadasına vəsiqə əldə etdi.

2012-ci ildə Polşada gənc qızlar komandasını Avropa Birincliyinə hazırlaşdırmaq üçün köməkçi məşqçi kimi təklifini aldım. Yəni kadetlər və juniorlara arasında Avropa Birinciliyində 2012-ci ildə komandamız 28 medal qazanmışdı.

Aralarında mənim klubumun yetirmələri də oldu. Bu illər ərzində bir neçə Polşa çempionu və Avropa medalıçısı yetişdirdim. 2013-cü ildə Dünya Boks Federasiyası (AİBA) tərəfindən 2 star ulduzu beynəlxalq dərəcəsi ilə mükafatlandırıldım. Sonra Böyük Britaniya Boks Federasiyasından köməkçi məşqçi vəzifəsi təklifi gəldi.

- İngiltərə kimi böyük dövlətdə yığma komandanın baş məşqçisi olmaq elədə asand məsələ deyil. Bu necə baş verdi?

- 2014-cü ildən İngiltərəyə köçdüm. Britaniyanın komandasında çalışmaq böyük bir təcrübə tələb olunur. Məqşçi heyəti 8-nəfərdən ibarətdir. Onu da qeyd edim ki, İngilis məşqçiləri çox təcrübəli və güclüdürlər. Mən də çalışıram ki, təcrübəmin artması üçün onlardan nəsə öyrənim.

- Azərbaycan idmanı ilə bağlı fikirlərini eşitmək maraqlı olardı. Ölkədə gedən idman prosesini izləyirsinizmi?

- Təəssüf edirəm ki, ailə məsələsinə görə Bakıda təşkil edilən 2015 Avropa Yay Oyunlarına gələ bilmədim.

Azərbaycan idmançılarının uğurlarını böyük məmuniyyətlə izləyirəm və dəstəkləyirəm. Hər idmançımızın dünya miqyasında qazandığı medala çox sevinirəm. Hal-hazırda Azərbaycan idmanı çox inkişaf edib. Fəxr edirəm nəinki idmançılarımızla, xalqımla, vətənimlə fəxr edirəm. Gələcəkdə arzum vətənimə qayıtmaqdır. İstərdim ki, oğlum gələcəkdə Azərbaycanı dünya arenalarında təsmil etsin.

- Londonda Qafqaz Kikboksinq Klubu fəaliyyətə başlayıb. Bu klubun yaranması perspektivlərini necə dəyərləndirirsiniz?

- Londonda Qafqaz Kikboksinq Klubunun açıması xəbəri məni çox sevindirdi. Xüsusilə, Hafiz Baxşəliyev haqqında eşidən kimi çox sevindim və fəxr etdim. Böyük bir məmuniyyətlə onunla görüşdüm. Əsasən onun Azərbaycan mediasına müsahibəsində əsas məqsədinin həmyerlilərimizi bir araya gətirməsi ilə bağlı fikirəri çox xoşuma gəldi. Qafqaz Klubunun gələcək perspektvivlərini yaxşı görürəm. Hər şeyin zamanı və vaxtı var. Hafiz Baxşəliyev müəllimin rəhbərliyi etdiyi klubun yetirmələri gələcəkdə böyük fəaliyyət göstərəcəklər. Bu prosesdən kənarda olmayacam və əlimdən gəldiyi qədər sevə-sevə kömək edəcəm.

Elnur Eltürk