Rüfət Səfərovun vəkili jurnalistlərə müraciət etdi

  • 23 yan 2016, 16:02

Bəhruz Bayramov: «Onunla bağlı bütün sualların mənə ünvanlanmasını xahiş edirəm»

 

«Rüfət Səfərovun «Facebook» profili oğurlanıb, onun adından özünə məxsus olmayan fikirlər paylaşılıb». Bu barədə Bizimyol.info saytına R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib.  Vəkil media nümayəndələrinə müraciət edərək, müəvəkkili ilə bağlı bütün sualların ona ünvanlanmasını xahiş edib: «Bilirsiniz ki, dünən R.Səfərov barəsində məhkəmə ev dustaqlığı qətimkan tədbiri seçib. Bu fakt nəzərə alınmalıdır, onun adından uyğun olmayan fikirlərin yayılması qətimkan tədbirinin dəyişdirilməsi ilə nəticələnə bilər». 


Qeyd edək ki, Rüfət Səfərov YAP-ın qurucularından biri olan keçmiş deputat Eldar Sabiroğlunun övladıdır. Eldar Sabiroğlu və həyat yoldaşı Tahirə Səfərova oğlunun həbsdən buraxılmasına görə dövlət başçısı Ilham Əliyev və onun xanımı MehribanƏliyevaya minnətdarlıq məktubu ünvanlayıb.
Xatırladaq ki, Rüfət Səfərov dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı evdə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb. Yanvarın 15-də isə Rüfət Səfərova qarşı CM-nin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsilə ittiham irəli sürülərək həbs olunub.
 
Demokratik.Az


Oxşar xəbərlər