Onların aqibəti MTN-dən fərqlənməyəcək - Prezidentin köməkçisi

  • 28 dek 2015, 18:49
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Milli Təhlükəsizlik və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri ətrafında baş verən hadisələrə, yüksək vəzifəli şəxslərin həbsinə münasibət bildirib.

 

Ə. Həsənov bildirib ki, MTN-nin bir sıra əməkdaşları səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrlə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyib və bundan öz məqsədləri üçün istifadə ediblər: "MTN-in sabiq rəhbərliyi hüquqa zidd əməllərinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini də cəlb edib. Nəticədə vətəndaşlara və dövlətə külli miqdarda ziyan dəyib”.

Prezidentin köməkçisi vurğulayıb ki, ölkənin siyasi rəhbərliyi korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmaq üçün böyük siyasi iradə nümayiş etdirir: "Bundan sonra da Azərbaycan qanunlarına hörmətsizlik göstərən hər kəsin aqibəti MTN və RİTN-in sabiq rəhbərlərinin və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək”.

 

Demokratik.Az

Oxşar xəbərlər