Xəbər lenti
Bütün xəbərlər

" Aktyor olmaq mənim uşaqlıq arzumdur "

  • 28 may 2015, 23:06

Müstəqil jurnalist Fuad Hüseynov "Bozqurdun İntiqamı" filminin qəhrəmanı gənc aktyoru Ənvər Məmmədovdan maraqlı müsahibə alıb.Demokratik.Az həmin müsahibəni təqdim edir:

 

 

"Ənvər bəy İlk öncə özünüz barədə danışardınız: 


-Mən  2 mart 1991 ci ildə Bakı şəhərində anadan olmuşam . 1997 ci ildə Yasamal rayonu 176 saylı orta məktəbin 1 ci sinifinə getmişəm və buranı 2008 ci ildə bitirib ETM Təfəkkür Universitetinin Filologiya fakültəsinə ( Xarici dil tərcümə ) daxil olmuşam . 2012 ci ildə buranı bitirib ilk öncə Buildpro Recruiting şirkətində sonra marketdə və daha sonra isə Azərbaycan Dövlət Akademik Milli Dram teatrında işləməyə başlamışam . Tetatrda işləyərkə ilk oynadığım rol Azər Paşa Nemətovun Şah Qacar tamaşasında suipəsdçi rolu olub . 2013 cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin aktyor fakültəsinə ( dram teatr və kino aktyoru ) daxil olmuşam. Hal – hazırda o universitetin 3 cu kurs tələbəsiyəm . 1 ci kursda oxuyarkən o universitetin tələbəsi Müşviqə Hüseynlinin çəkdiyi "Xeyirxah oğru" adlı festival filmində ata rolunu ( baş rolu ) ifa etmişəm .Bu film festivalı ADDIM Gənclər Təşkilatı tərəfindən təşkil edilmişdir və adı isə belə idi gəlin siqaretə yox deyək ( No Smoking Film Festivalı 2) . Bu festivalda həmin filmimiz 2 ci yeri tutmuşdur . Daha sonra işlədiyim tetarda Mehriban Ələkbərzadənin quruluş verdiyi "Əmir Teymur" tamaşasında Osmanlı yeniçəri və sonra xalq artisti Ramiz Novruzun quruluş verdiyi "Silindir" tamaşasında isə fotoqrafçı rolunu oynayıram .Aktyor olmaq mənim uşaqlıq arzumdu mən teatrlarda filmlərdə aktyorların oyununa baxıb özümdə nə zamansa aktyor olub onlar kimi oynamaq istəyərdim . İnşallah bu yaxınlarda ssenarisi Elşən İsmayılın və qurluşçu rejissoru Ənvər Məmmədovun olan "Diriliş" ( türkün yeni tarixi ) filmi işıq üzü görəcək . Mən bu filmin həm rejissoruyam həmdə Altay Oğuz rolunun ifaçısıyam .

 

 

"Boz qurdun İntiqamı" filiminin ideya müəllifi (sennaristi )  kimdir ?  Necə oldu ki, belə filimi çəkmək qərarına gəldiniz , bu filimdə rol oynamağa təklif  sizə kimdən gəldi?

 

Bu filmin rejissoru və ssenaristi Elşən İsmayıldır .İlk öncə deyimki bu filmin təklifi mənə Elşən müəllim tərəfdən gəldi . Birinci dəfə  mən bu təklifi qəbul etmək istəmədim çünki bu zamanda heç bir aktyor məvacibsiz heç bir layihədə filmdə çəkilmək istəməzdi . 

 
 
Belə bir filimi çəkməkdə məqsədiniz nə idi ?  
 
 - Bu filmi çəkməkdə Elşənin bir məqsədi var idiki Türk olan şəxs öz türkçülüyünü unutmasın ,mənimsə bu filmdə çəkilməyə bir məqsədim var idi ilk öncə Elşənə kömək etmək istəyirdim sonra isə təkcə Elşənə deyil vətənçündə çox şeylər etmək istədim bu filmdə vətən naminə çəkilməyə razılıq verdim.                                         
 Neçə gün məşqlər getdi, çəkliş neçə vaxta başa gəldi ? Hansı çətinliklərlə üzləşdiniz ?   
 
 Fuad bəy, ilk öncə onu deyim ki, çəkiliçlər 3 - 4 ay getdi montajla birlikdə film Mart ayinda hazir oldu -Hər bir çəkilişdə çətinlik olduğu kimi bizdə filmi çəkən zaman bir çox çətinliklərlə üzləşdik qrim ala bilmirdik çünki kifayət qədər sərmayəmiz yox idi. Film üçün  lazım olan bəzi geyimləridə çətinliklə tapdiq sonrasa qərar verdikki bəlkə öz geyimlərimizdən istifadə edək . Filmdə çəkilən bəzi uşaqların çəkilişə gəlməyə pulları yox idi onuda birtəhər düzüb qoşurduq ki, təki çəkilişləri edək . 
 
 
Filimin qəhrəmanı Kürşad kimdir, bu obrazı kim fikirləşib ?  Ümumiyyətlə Kürşad kimdir ?
 
 
Kürşad tarixi bir üsyanda qəhrəmanlıq göstərən bir igiddir,  filmdə bu adı Elşən İsmayıl düşünüb .Əslində Kürşad bir tarixi qəhrəmandır  Filimin qəhrəmanıKürşad kimdir, bu obrazı kim fikirləşib və adın mənası nədir ?  Ümumiyyətlə Kürşad kimdir ?Məncə uğurlu alınıb.
 
Filimdə Semyonov və Nejat  Müntəzər obrazı ssenaridir yoxsa sənədlərə əsaslanılıb ?
 
 
-Semyonov və Nejat Müntəzəri obrazı tamamilə ssenarist Elçən İsmayılın öz ideya bəhrəsidir.
 
Filimdəki müharibə səhnələri harada çəkilib ? 
 
 
-Müharibə səhnələri heş yerdə çəkilməyib.. Sadəcə Elçən onları filmlərdən götürüb əlavə edib.   
 
Filimdəki rolları ifa edənlər aktyorlardı yoxsa peşəkarlar ?  
 
-Filmdə rolları ifa edənlər nə aktyor nə peşəkardılar, bu  filmdə təkcə mən aktyoram.
 
 Necə düşünürsünüz bu filim istədiyiniz kimi uğurlu alınıb ?
             
-Məncə uğurlu alınıb...
      
Ənvər bəy Sizə yeni yaradıcılıq uğurları arzulayırıq.
Söhbətləşdi:Jurnalist Fuad Hüseynov
 
Demokratik.Az