Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Müsahibə » Xanlar Vəliyev: “Niyə istefa verməliyəm, işgəncələrin qarşısını mən almışam”
Xanlar Vəliyev: “Niyə istefa verməliyəm, işgəncələrin qarşısını mən almışam”
- 16 iyun 2022, 20:46
“Mənə istefa çağırışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı”.
Demokratik.Az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Hərbi Prokuror Xanlar Vəliyev “Tərtər cinayəti” qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibətində söyləyib.
Xanlar Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb:
“Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında Dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var.
Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb”.
“Tərtər işgəncələri”ndə adları çəkilən şəxslərin məsuliyyətdən kənarda qalması iddialarına necə yanaşırsınız” sualına Xanlar Vəliyev belə cavab verib:
“Hərbi Prokurorluq qanunla üzərinə düşən nə vəzifə varsa, onu da edib. Bu iş bağlanmamışdı. Açıq qalmışdı, onun da səbəbləri vardı. Sonradan bilirsiniz ki, müharibə başlandı. İndi bu gün bu iş davam edir. Gələcəkdə nə olacaqsa, onu Baş Prokurluqdan soruşa bilərsiniz”.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İmkanlı, vəzifəli qudalar, yeznə-qayınlar, bacanaqlar…- (I YAZI)
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
İSLAMDA CƏNNƏT VƏ CƏHƏNNƏM!
Əli Əhmədov əsgərlərlə nahar etdi- FOTO
Mir Şahinin vaxtı: Gəncədə 2018-ci ilin iyul terroru ilə bağlı YENİ FAKTLAR - VİDEO
"Gəncə hadisələri ilə bağlı 88 nəfər həbs edilib" - Baş Prokurorluqda iclas
Prezidentin “CNN Türk”ə müsahibəsi - TAM MƏTN
Türk tarixinin gizlədilmiş səhifələri - Herakl, Adəm və
Ruslar yenidən Türkiyəyə axışır
Xanlar Vəliyevin “Tik-Tok” istinadı və Hərbi Prokurorluğun “görmədiyi” qanunsuzluqlar...
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti