Demokratik TV
Gəncənin 10 saylı məktəbinin tanınmış müəllimi təqaüdə "töhmət"lərlə niyə göndərilib? VİDEOŞİKAYƏT
Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı tam orta məktəbinin tanınmış riyaziyyat müəllimi Nizami Əmirov bir müddət əvvəl direktor Arzu Əliyevanın hikkəsilə təqaüdə göndərildiyini, özünə qarşı haqsızlıq edildiyini iddia edib.

Nizami Əmirov müsahibəsində məktəbdə cərəyan edən ciddi nöqsanları, eləcə də şəhər təhsil idarəsinin rəisi Anar Qədimalıyevin sanki xanım direktordan qorxub məktəbdə özbaşınalıqlara şərait yaratmasından danışıb. Arzu Əliyevanın yuxarıdakı Mətin Eynullayev kimi güclü tanışları tərəfindən qorunduğu qeyd edilib.

Artıq təqüddə olan riyaziyyat müəllimi onu da iddia edir ki, ona qarşı tərtib edilən şikayətlərdə ümumiyyətlə məktəbə gəlməyən, hətta araşdırılarsa həmin tarixdə Gəncədə belə olmamış şagirdin imzası da var ki, bu da həmin sənədin qərəzli və saxta olduğunu sübut edə bilər. Təqaüdə göndərilən müəllim onu da bildirib ki, sözügedən məsələyə görə məktəb direktorunu tezliklə məhkəməyə də verib ondan təzminat tələb edəcək.
Şikayətçi müəllim Gəncə şəhər təhsilinin müdiri Anar Qədimalıyevə də replika edib, onun qeyri-pedoqoji təhsilli kadr olduğunu xatırladıb.
Müəllimin iddiaları əsasında qarşı tərəflə əlaqə yaratmağa çalışsaq da, məktəb rəhbərliyi suallarımızı cavabsız qoydu. Hər halda, adıçəkilən xanım direktorun və Anar Qədimalıyevin mövqeyinə sayğımızı da ifadə edirik.
Demokratik.Az
